Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Ukrayna lideri Petro Poroşenko ilə birgə mətbuat konfransındakı durumu ilə gündəmə gəlib.
Cebhe.info xəbər verir ki, Ərdoğan mətbuat konfransında yuxulu olması ilə diqqət çəkib və hətta mürgüləyib. Kiyevdə keçirilən mətbuat konfransının videoyazısından da görünür ki, Poroşenkonun yanında oturan Ərdoğan onun çıxışı zamanı gözlərini yumub.
Ara-sıra gözlərini açan prezident daha sonra yenə mürgüləyib. Hətta Poroşenko onu ayəltmaq üçün əli ilə masaya da vurub. Xəzər Cebhe.info