Səddam Hüseynin "sağ əli" qayıdır

13-06-2014, 10:46   
Səddam Hüseynin "sağ əli" qayıdır
İraqı zəbt etmək yolunda mübarizə aparan İraq Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmaya dəstək olan ən güclü qüvvənin adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, İraq lideri Səddam Hüseynin indiyə qədər ələ keçirilməyən yeganə "sağ əli" hesab edilən İzzət İbrahim əl-Durinin İŞİD-ə dəstək verdiyi iddia edilir.

ABŞ-ın nüfuzlu qəzeti “Nyu York Tayms”ın yaydığı məlumatlarda qeyd olunub ki, Mosuldan sonra Tikriti ələ keçirən İŞİD devrilən Səddam Hüseyn rejminin davamçıları ilə ittifaq qurub.

Səddamçıların Nuri əl-Malikini devirmək üçün bu yola əl atıblar.

İttifaqa rəhbərlik edən şəxsin Səddam Hüseynin zamanında baş nazirin müavini vəzifəsində çalışan İzzət İbrahim əl-Duri olduğu bildirilir.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.