İŞID (İraq və Şam İslam Dövləti) qruplaşmasının ələ keçirdikləri əsirlərlə birlikdə görüntüləri yayılıb. Kadrların Mosul və Tikrit şəhərləri ələ keçirilərkən həvəskar kamera ilə lentə alındığı bildirilir.
Kadrlarda İŞİD silahlılarının ələ keçirdikləri minlərlə əsiri əllərini başlarının arxasında bağlayaraq naməlum istiqamətdə aparmaları əks olunub.
Əsirlərin kim olduğu və aqibətləri haqqında isə heç bir məlumat yoxdur.
Qeyd edək ki, İŞİD (İraq və Şam İslam Dövləti) qruplaşmasının silahlı dəstələri ötən gün daha iki şəhəri ələ keçiriblər. Diyala əyalətinin Calaula və Əs-Səudiyyə şəhərləri ekstremistlərin nəzarətinə keçib.
[media=http://www.youtube.com/watch?v=OFHzM9wpBd4]