Cənubi Koreya prezidenti Pak Kın Xe aprelin 16-da 300 nəfərin ölümü ilə nəticələnən gəmi qəzasına görə, 7 naziri vazifəsindən azad edib.
Axar.az xəbər verir ki, bu addımla prezident qəzadan sonra hakimiyyətin işinə qarşı yaranmış inamsızlığı aradan qaldırmaq istəyib.
Bu, Pak Kın Xenin prezident səlahiyyətlərinin icrasına başladığı fevral ayından bəri ilk böyük kadr dəyişikliyidir.
Prezident iqtisadi məsələlər üzrə baş nazirin müavini, təhsil, əmək və məşğulluq, mədəniyyət, elm, ailə və gender bərabərliyi, təhlükəsizlik naziri postlarına yeni təyinatlar edib.
Bundan başqa Cənubi Koreya prezidenti özünü siyasi, sosial, iqtisadi, təhsil və mədəniyyət məsələləri üzrə müşavirlərini də istefaya göndərib.
Qeyd edək ki, aprelin 16-da “Sevol” sərnişin gəmisinin batması nəticəsində 300-nəfərə yaxın şəxs həlak olmuşdu. Məsələ ilə bağlı qaldırılan cinayət işi zamanı 20-yə yaxın adam həbs olunmuşdu.