Rusiya S-300-ləri NATO sərhədinə göndərdi

13-06-2014, 10:58   

Rusiya Hava-Kosmik Müdafiə Qoşunları Kalininqradda keçirilən hərbi təlimlərə döyüş vəziyyətində olan S-300 zenit-raket komplekslərini cəlb edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hava-Kosmik Müdafiə Qoşunlarının bölmələri təlim rayonunun hava məkanını qorumaq, raketin buraxılış qurğusunu yükləmə normativlərini yerinə yetirmək, onu döyüş hazırlığı vəziyyətinə gətirmək, tək və ya qrup halında olan hava hədəflərini təyin etmək və izləmək tapşırığını yerinə yetirirlər”- deyə Nazirliyin məlumatında bildirilib.

Əsas tapşırıqlardan bir də zenit-raket kompleksinin döyüş hazırlığı vəziyyətinə gətirilməsidir.

Qeyd edək ki, Rusiya ordusunun Kalininqraddakı hərbi təlimləri NATO-nun Baltikyanı dövlətlərin ərazisində keçirdiyi Saber Stike-2014 və Baltops-2014 təlimləri ilə eyni vaxtda başlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.