İranın Qərbi Azərbaycan ostanının əsasən azərbaycanlıların yaşadığı Urmiya şəhərində vəziyyət gərginləşib. Şəhərin hiddətlənmiş sakinləri qızlar məktəbinin həyətinə toplaşaraq, məktəb binasına od vurublar.
Virtualaz.org “Rudaw” telekanalına istinadən xəbər verir ki, deyilənə görə, bu məktəbdə oxuyan 12 yaşlı kürd məktəbli qız Təhsil Nazirliyindən gəlmiş məmur tərəfindən zorlanıb.
Bu şayiələr sosial şəbəkələrdə sürətlə yayılıb və bir neçə saatdan sonra qəzəbli kütlə məktəbi mühasirəyə alaraq binaya od vurub.
Qərbi Azərbaycan ostanının siyasi işlər üzrə nazir müavini etiraz edənləri sakitləşdirməyə çalışarkən etiraf edib ki, məmur qanunu pozub və bu məsələ araşdırılacaq.
◀▶