Cümşüd Musayev və oğulları Rahib və Elvin
Musayevlər Moskvada 39 ustanı işlətdilər pul vermədilər.
Azərbaycanlı ustalar beynəlxalq dələduz şəbəkəylə rastlaşıb. Belə ki iş adamı Cümşüd Musayev
və oğulları Rahib və Elvin Musayevlər 39 nəfər ustanı aldadaraq rusiyaya işləməyə çağırıb.
Ustalar borc tapıb yol pulu edib Moskvaya gediblər. Onları Moskvadan 30 kilometr kənarda
Odincovo rayonu Mitkino kəndində meşə zolağında yerləşən tikinti ərazisinə aparıblar. 15 gün
işlədikdən sonra pul tələb edən ustalar pul almadıqlarına görə işlərini dayandırıb. Sonra
təzyiqlərə məruz qalıblar. Onları amon və reketlə hədə qorxu gəlib işlərini davam etdirməyi tələb
ediblər. Elvin və Rahib öz mühafizəçilərinin iştirakıyla ustaların bir neçəsini döyüb xəsarət
yetiriblər və ağır söyünclərlə təhqir ediblər. Bizə bildirdilər ki bura kriminal rusiyadır, sizi
öldürüb qanınızı batırarıq. Qardaşlardan Elvin Musayev dəfələrlə tikinti yerinə gəlib ustaların
üzərinə pistolet tutub və oyan bu yan edəni yerindəcə güllələyəcəyəm deyib. Ustaların üstünə
idmançı ruslardan mühafizə qoyublar ki məcbur işləsinlər. Ustalar deyir ki biz özümüzü düşmən
dustağındakı kimi hiss edirdik. Çox qorxurduq. Hətta iş bitəndən sonra bizi öldürüb meşədə
basdıra bilərlər fikirləri hər an bizi qorxuda saxlayırdı. Biz yalvarırdıq ki, ailəmiz uşağımız var
bizi öldürməyin nə istəsəniz edərik. Sonra bir neçə usta gecəylə pəncərədən düşüb qaça bilib.
Meşəylə gəlib yola çıxıblar. İş qurtarandan sonra ustaları buraxıblar heç yol puluda verməyiblər.
Ustalar deyir ki öz millətimizin nümayəndələri tərəfindən belə bir vəziyyətə düşəcəyimizə
inanmazdıq. Erməni bizə bunu etməzdi özümüzünkülər etdi. Orada başqa millətlərdən olan
ustalar bizə bildirdilər ki, onlarda 3 aydan çoxdur ki işləsələrdə pullarını ala bilmirlər. Bu işlərin
başında İlqar Hacıyev adlı Akkord şirkətinin rusiyada prezidentidir. Deyilənə görə İlqar Hacıyev
əvvəllər Akkardun Azərbaycanda prezidenti olub. Ustalar bildirir ki özümüzə vəkil tutmuşuq bu
günlərdə ərizələri yığıb baş prokurorluğa və ölkə başcısı cənab İlham Əliyevə müraciət etməyə
hazırlaşırıq. Rusiyanın Bakıdakı səfirliyinə və rusiyada FSB yə rəsmi müraciət edəcəyik. Ustalar
bildirir ki, gördükləri iş kvadrata vurulsa hər bir usta orta hesabla 2000 manatdan 5000
manatadək maddi zərər dəyməklə yanaşı həmdə mənəvi zərər dəyib. 3 ay çölün düzündə təzyiq
və qorxu altında yarı ac yarı tox yaşayıblar. Özünüz hesablayın 150 min manat bizə pul
verəsidilər. Biz hüquqlarımızın bərpa olunması üçün sona qədər gedəcəyik. Sonunda isə mətbuat
orqanlarından və hüquq mühafizə orqanlarından bizə kömək etməyəçağırırıq. Qarşıdan qış ayları
gəlir və biz ailəmizə çörəyi necə alacağımızı bilmirik. Ustaların başına bu işləri gətirən şəxslər
haqqında məlumat. Cümşüd Musayev 055 2656979. Rahib Cümşüd oğlu Musayev 051
4153333.Elvin Cümşüd oğlu Musayev.
Hörmətlə Eldəniz Yusifoğlu. 0557634805
anaxeber.info