“Lotu Quli”dən sonra “oğru aləmini” silkələyən QALMAQAL: Başqasının arvadına mesaj göndərən “oğru”ya müharibə elanı

30-10-2017, 16:26   


“Oğru aləmi”ndən Lotu Qulinin azadlığa buraxılmasından sonra ikinci qalmaqallı xəbər gəlib.

Cebhe.info xəbər verir ki, yenicə həbsdən azad edilmiş, kriminal aləmdə Lavasoğlu Batumski kimi tanınan və hazırda İstanbulda olan Mindia Qoradze ilə “həmkarı” Ceyran Honski ilə qarşıdurma yaranıb. Ceyran Honski Qoradzenin arvadına gizli şəkildə öz erotik fotolarını göndərib. Bundan xəbər tutan Qoradze Ceyrana hücum edib və davada “Çia” ləqəbli Laşa Barateli də iştirak edib.

Qalmaqalın əsası ötən ilin dekabrında qoyulub. Həmin zaman həbsdə olan Lavasolunun arvadı onlarda qonaq olan Çiaya şikayətlənib. Xanım bildirib ki, Belçikada həbsxanada qaldığı müddətdə qadın diqqətindən tamamilə məhrum qalan Lavasoğlu qayıtdıqdan sonra ona xüsusi diqqət yetirməyə başlayıb.

Mindiyanın həbsdən azad edilməsini gözləmədən Çia problemi həll etməyə çalışıb və Ceyranla görüşərək ona etirazını bildirib. Mindiya azadlığa çıxdıqdan sonra məsələni araşdırmaq qərarına gəlib. Laşa ilə bərabər Ceyranın yanına gedib. Ceyran qadına foto göndərdiyini inkar etməyib, ancaq bunun “oğru” mövzusu olmadığını deyib. Bu zaman Mindiya onu vurub. Ceyran da ona əl qaldırıb. Ceyranin “oğru” şərəfinə toxunulmayıb. Ancaq bununla belə Mindiya onun cavabını başqa cür verəcəyini deyib.

Çianın bu qalmaqalda iştirakına etiraz edən Ceyran özünə dəstək axtarmağa başlayıb. Nodar Şukakidzenin Çiaya mesajını çatıdırb və cavabını alıb: “Özüm onunla məsələni həll edəcəyəm”. Bu isə o deməkdir ki, “oğru aləmi”ndə yeni “sxodka”lar gözlənilir.

Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.