Yas mərasimində dava - Vəhhabilər ölünü söyüb, mağarı sökmək istədilər/ VİDEO

1-11-2017, 15:39   



Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib.

BakuPost.az Mynews-a istinadən xəbər verir ki, ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə "Vəhhabi” adlanan dindarlar olub.

Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifarədələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə mane yaratması ilə bağlı olduğunu bildiriblər. Bir neçə nəfər isə, ümumiyyətlə, ehsan verilməsinin doğru olmadığını deyib.

Nəticədə mərhumun yaxınları ilə vəhhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhhabiləri yas yerindən uzaqlaşdırıblar.

Həmin hadisədən olan görüntünü təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.