“Lotu Quli”yə sui-qəsd-İstanbulda əməliyyat-Azərbaycanlı killerlər həbs olundu -Video

3-11-2017, 07:54   



Bir neçə saat öncə İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı.





Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cəmiyyətinin başçısına çevrilib, bundan əlavə, onu postsovet məkanının kriminal aləminin alternativsiz lideri kimi tanıyıblar.



XALQ.AZ Türkiyə mətbuatına istinadən məlumatverir ki, noyabrın 2-də İstanbulun hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar.



Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 13 nəfərdən ibarət killerlərlə görüş keçirir. Görüş İstanbulda Bakırköy ərazisində yerləçən Ömür plaza alışveriş mərkəzində baş tutub.



İstanbul xüsisi xidmət orqanları tərəfindən həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür” alışveriş mərkəzində saxlanılıb. İddalara görə,killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəransk qardaşı Namiq Canıyev və “Max”ləqəbli Sabri Şirin başçılıq edib.



Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Mehmet Sabri Şirin, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Deniz.




Qeyd edək ki, saxlanılan şəxslər arasında Rövşən Lənkəranskinin dəfnində iştirak etmiş şəxslər var. Əlavə məlumat veriləcək
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.