Boş otaqdan eşidilən səslər və kölgələr depressiya və intihara səbəb olur - Həkim məsləhəti

5-11-2017, 20:26   


Son dövrlər evlərdə paranormal halların baş verməsi barədə xəbərlərə tez-tez rast gəlirik. Bəzi evlərdə sirli yanğınlar baş verir, bəziləri daşa basılır, bəzilərində kölgələr gəzir və s. Bəs bütün bunların bir elmi izahı varmı? Bu cür hadisələri necə izah etmək olar və qarşısı necə alınmalıdır?



Bu sualla doktor və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Onun şərhini oxuculara təqdim edirik:

- Həkimlik təcrübəmdə belə hallarla hər gün rastlaşıram. Qəbuluma gələn pasiyentlərin danışdıqlarından aydın olur ki, bir çox evlərdə boş otaqda səslər (tıqqıltı və s.) eşidilir, kölgələrin hərəkət etdiyi görünür. Bunu ev sakinlərinin hamısı görməsə də, çoxusu, özəlliklə də qız və qadınlar açıq-aşkar görürlər.
Belə evdə yaşayanların adətən səhhətləri normal olmur - baş, çiyin, onurğa və s. ağrılar, həmçinin, əsəb onların əhvalını daim korlayır. Ev sakinlərində daim qorxu, vahimə müşahidə edilir ki, bu da son nəticədə ağır xəstəliklərin yaranması ilə nəticələnir. Depressiyaya düşmüş bütün xəstələr adətən belə halların baş verdiyi evlərdə yaşayanlar olur. Sizə bir sirri də açım ki, intihar etmiş və yaxud bu fikirdə olan adamların demək olar hamısının evində bu cür paranormal hallar yaşanır. Bunu başqaları görməsə də, xəstə özü görür.

Bundan əlavə, belə evdə yaşayan adamlar tez-tez maddi ziyana və uğursuzluğa düşürlər. İşləri alınmadığından, evlənəsi adamların ailə qurmaları da çətinə düşür.
Bir çox hallarda belə kölgə gəzən və qəribə səslər eşidilən evlərin sahibləri onu satmağa çalışırlar. Lakin, uğursuzluq burada da özünü göstərir və satış çox çətin, ziyanla baş tutur (əgər baş tutsa).
Diqqətinizi bir məqama da yönəldim ki, belə evlərin sakinləri başqa evlərə köçsələr də, səhhətlərindəki problemləri və şəxsi həyatdakı uğursuzluqları aradan qaldıra bilmirlər.

- Bəs bunun sirri nədir?

- Bütün bunlar neqativ təsirlərin nəticəsində baş verir. Bu təsir adətən evə yox, birbaşa ev sakinlərinə yönləndirilmiş olur. Odur ki, evdə baş verən paranormal hallar sadəcə bu təsirin təzahürüdür. Odur ki, ev dəyişsə də vəziyyət dəyişmir.

- Doktor, bəs bu cür paranormal halları necə aradan qaldırmaq olar?

- Həkimlik fəaliyyətimdə bu cür hallarla demək olar ki, hər gün rastlaşıram. Təcrübəmdən onu da bilirəm ki, əvvəllər intihar hadisəsi yaşanmış ailələrdə və yaxud sağalmaz xəstəlikdən dünyasını dəyişmiş insanların evlərində hazırda bu cür paranormal hallar yaşanmaqdadır. Bunun səbəbi odur ki, həmin şəxs dünyasını dəyişsə də (yaxud intihar etsə də) onun ölümünə səbəb olmuş neqativ enerji hələ də həmin evdə qalmaqda və insanlara bu və ya digər formalarda ziyan verməkdədir...
Tibb elmi belə paranormal hallar qarşısında aciz olsa da, sahib olduğum lədun elmi ilə bu cür halları asanlıqla aradan qaldırıram. Belə ki, elmi-lədun metodu ilə cəmi üç seans etməklə evdəki paranormal hallar aradan qalxır. Eyni zamanda həmin seansların nəticəsi olaraq ev sakinləri bütün ağrılardan və əsəbdən xilas olurlar. Həmçinin, belə evdə hazırda depressiv vəziyyətdə olan adam varsa, seanslardan sonra həmin xəstə tamamilə sağalır.
Moderator.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.