Fotoqraf qarşıdurmada aldığı güllə yarasından keçinib
İraqda yaşayıb fəaliyyət göstərən gənc və tanınmış fotomüxbir Kamaran Najm İbrahim aldığı güllə yarasından dünyasını dəyişib.
Anspress-in məlumatına görə, fotomüxbirin ölümü cümə axşamı olub. "Agence France-Presse" xəbər agentliyi Kamaranın dünən İraqın Kərkük şəhəri yaxınlığında kürdlərlə İŞİD terror təşkilatı silahlıları arasında baş verən qarşıdurmada həlak olduğu məlumatını yayıb.
Qeyd edək ki, "MetroGraphy" fotoqraf agentliyinin təsisçisi olan Kamaran döyüş zonalarından çəkdiyi fotoşəkillərlə öz işinin peşəkarı olduğunu sübut edib. O, 4 il əvvəl bu fotoqraf agentliyini qurmaqla etnik, mədəni, dini maneələrə qarşı çıxaraq fotoqraflıq sənətinin inkişafında real addımlar atıb.