Masallının iki kəndinin sakinləri şokda

13-06-2014, 14:42   
Masallının iki kəndinin sakinləri şokda
Yeyənkənd və Bambaşı camaatı 30 min manat pul yığıb yol çəkdirsələr də, icra başçısı onu öz adına çıxıb

Masallının Yeyənkənd və Bambaşı kəndlərinin sakinləri şok içindədirlər. Buna səbəb bir müddət əvvəl pul yığıb, çəkdirdikləri yolun icra başçısı Rafil Hüseynov tərəfindən öz adına çıxmasıdır.

JAM.AZ-a verilən məlumata görə, hər iki kənddən olan və hazırda Rusiyada yaşayan imkanlı adamlar öz aralarında 30 min manat pul toplayaraq, elə iki kənd arasında yolun asfaltla örtülməsini reallaşdırıblar. Amma sonradan məlum olub ki, bütün işlər onların deyil, başqasının adına çıxılıb.

Belə ki, yolun çəkilişindən sonra telekanallardan birində hazırlanmış reportajda Yeyənkənd-Bambaşı yolunun çəkilməsinin Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun təşəbbüsü ilə reallaşdığını görüblər. Üstəlik, bu yolun çəkilməsinin maliyyəsinin də İcra Hakimiyyəti tərəfindən ayrıldığı vurğulanıb.

Kənd sakinləri isə deyir ki, Masallı İcra Hakimiyyətinin yolun çəkilməsində heç bir zəhməti, əziyyəti, hətta iştirakı olmayıb. Onların sözlərinə görə, yolun bütün xərclərini kəndin imkanlı adamları çəkib. Onlar Rafil Hüseynovun bütün zəhməti öz adına çıxmasını da yaxşı hal kimi qəbul etməyiblər. Kənd sakinləri icra başçısının bu hərəkətini «Hamam suyu ilə dost tutmaq» kimi qiymətləndirirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.