Bakıda yaşayış evi yanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 03 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
Belə ki, yanğın Zəminə Məmmədovaya məxsus evdə olub. Nəticədə ev tam yanıb. Hadisə nəticəsində yanan Əsəd Hüseynli xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.