Ukraynanın “Donbas” könüllü batalyonunun komandiri Semyon Semyonçenko telekanallardan birinə verdiyi açıqlamasında maraqlı fikirlər söyləyib.
Axar.az xəbər verir ki, Semyonçenko Kiyev yaxınlığında “Donbas” könüllü batalyonunun təlim-məşq bazasında verdiyi açıqlamasında bildirib ki, burada separatçılara qarşı təkcə ukraynalılar deyil, eyni zamanda Rusiya və Belorusdan gəlmiş könüllülər də var.
“Donbas” batalyonunun təlim düşərgəsində təkcə Ukrayna bayrağı dalğalanmır, Azərbaycan və Gürcüstan bayraqları da var. Bizə Rusiya və Belorusdan olan 60-a yaxın könüllü müraciət edir. Lakin Milli Qvardiyanın nizamnaməsinə uyğun olaraq, biz onları qəbul edə bilmərik. Onlar əvvəlcə Ukrayna vətəndaşlığını qəbul etməlidirlər”, - deyə Semyonçenko bildirib.