Bu gün Qaradağ rayonunda bir qurup sakin haqsızlığa qarşı etiraz aksiyası keçirib.
Rayon sakinlərinin Reportyor.org-a verdiyi məlumata görə, İbrahimov Məmməd adlı vətəndaş onlara qarşı dələduzluq edərək pul və qızıl əşyalarını müxtəlif yollarla mənimsəyib. Etirazçılar onu da qeyd ediblər ki, artıq üç ildir Qaradağ Rayon Polis İdarəsində guya araşdırma aparılır, lakin əməli törədən haqqında heç bir tədbir görülmür: "Dəfələrlə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa ərizə ilə müraciət etsək də, nəticəsiz qalıb. Dələduzluq edən şəxs hal-hazırda yenə öz əməllərini həyata keçirir".
Sakinlər xüsusi ilə qeyd ediblər ki, Qaradağ rayon Polis Idarəsi dələduzu müdafiə etməkdə maraqlıdır: "Bütün bunlar işin gedişindən aydın olur ki, dəfələrlə açılmış cinayət işini bir birlərinə ötürüblər. Sonda əziyyəti biz çəkirik çətin vəziyyətdə yaşayırıq. Səsimizi cənab prezidentə çatdırın bilsin ki, rayon polis idarələri bizləri necə vəziyyətdə saxlayır. Hüquqi dövlətdə yaşayırıq bizim qanunlarımız var onlara Qaradağ Rayon Polis idarəsinin işçiləri tərəfindən əməl edilmir".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Reportyor.org