ABŞ “Putinə salamlar” adlı əməliyyata başladı

13-06-2014, 14:56   

Amerika Birləşmiş Ştatları İngiltərinin "Fairford" kral hərbi bazasına iki "B-2" (Spirit) bombardımançı təyyarəsini yollayıb. Bu barədə “Vaşinqton Tayms" məlumat yayıb.

Axar.az xəbər verir ki, təyyarələrin məqsədi kəşfiyyat xarakterli məlumatlar toplamaqdır. Onların uçuşları Rusiya sərhədlərinin o qədər yaxınlığından aparılacaq ki, əməliyyata hətta "Putinə salamlar" şərti adı verilib. Vurğulanır ki, Amerika Hərbi Hava aktivində olan bu təyyarələrin hazırlanması baha başa gəlir və ilk dəfə olaraq Avropaya yerləşdiriləcək.

Məsələyə münasibət bildirən amerikalı admiral Sesil Heyni deyib ki, əməliyyatlar o qədər yüksək dəqiqliklə aparılacaq ki, bu, mütəffik ölkələrin işinə xeyli yararlı olacaq.

Xatırladaq ki, Amerika komandanlığı bu nəsil təyyarələrin Avropaya gətirilməsini Ukrayna hadisələri ilə əlaqəli oluğunu bildirməkdən boyun qaçırıblar. Lakin ekspertlər olayı birbaşa Prezident Vladimir Putinə güc nümayişi kimi səciyyələndiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.