Tovuzun Düz Qırıqlı kəndində nələr baş verir - Şər ayaq tütsada yeriməz VİDEO-FOTOFAKT/ARAŞDIRMA
21-11-2017, 11:23
18 noyabr 2017-ci il tarixdə, saat 15:33-də , QAFQAZ XƏBƏR AGENTLİYİNDƏ,"RUSİYALI İŞ ADAMI “QAFQAZ HÜQUQ MƏRKƏZİ” VASİTƏSİ İLƏ MTN RƏİSİNDƏN PREZİDENTƏ MÜRACİƏT ETMƏSİ" barədə yerləşdirilmiş məqalədə özünü Moskva şəhərində iş adamı, RF vətəndaşı, xeyriyyəçi, sərmayəçi, canı-qanıyla yurduna, kəndinə, torpağına, vətəninə bağlılığını bildirən, doğma kəndi olan Tovuz rayonunun Düz Qırıqlı kənd caamatının xeyrinə-şərinə bacardığı qədər yaramağa çalışan, Düz Qırıqlı kəndində yerləşən “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların” və “Qarabağ Müharibəsi Şəhidləri”nin xatirəsinə yaradılmış abidələri təmir bərpa elətdirmiş, ticarət mərkəzi, çay evi inşa etdirmiş və bir neçə iş yeri açdırmış şəxs kimi göstərən Düz Qırıqlı kənd sakini Hümmətov Rəfail Talıb oğlu ilə bağlı jurnalist araşdırması apardıq. Teref.info olaraq bizə həqiqətən maraqlı oldu, görəsən kəndi üçün bu qədər xeyriyyəçilik edən adam nədən belə haqsızlığa uğrasın. Teref.info-nun apardığı araşdırmalarla oxucuları tanış edirik. Teref.info-nun müxbiri adı çəkilən Seyidov Əli ilə görüşərək ondan fikirlərini soruşub. Seyidov Əlinin dediklərindən: Yaşadığı Düz Qırıqlı kəndindən azyaşlı uşaqları Moskvaya apararaq, qeyd olunan qanunsuz fəaliyyətə cəlb edən, onları bir müddət Moskvada işlədərək, sonradan oğurluqda şərləyərək qovalayan, Azərbaycanda bir, Moskvada bir neçə ailə quran (rəsmi və qeyri rəsmi), Düz Qırıqlı kəndində tikdirdiyi, hər yerdə ticarət mərkəzi kimi qələmə verdiyi və öz doğma həyat yoldaşı Məhərrəmova Məhbubənin işlədiyi paltar satışı mağazasının digər yardımçı otağına Bakı şəhərindən pozğun qadınlar gətirərək əylənən (eyni yerə oğlu Talıblı Hüseyində Gəncə şəhərindən pozğun qadınlar gətirərək əylənir), hər il Moskva şəhərindən pozğun rus qadınlarını Tovuz şəhərinə gətirərək, orada 15-20 günlük kirayədə saxlayaraq, onlarla yüngül həyat tərzi keçirən, həmin qadınları əsasən Gürcüstanın müxtəlif şəhərlərinə apararaq, spirtli içkilərin təsiri altında bir neçə dəfə onları orada döyən, övladlarına tərbiyə verə
bilməyən (oğlu Talıblı Hüseyn dəfələrlə spirtli içkilərin təsiri altında avtoxuliqanlıq etdiyi üçün DYP tərəfindən saxlanılmış, Düz Qırıqlı kəndində avto qəzalar törətmişdir. ), çay evi kimi təqdim etdiyi və zirzəmidə yerləşən çayçıya maddi qazanc əldə etmək və müştəri cəlb etmək məqsədilə pozğun qadınlar gətirərək, meyxana dedizdirən, Düz Qrıqlı kəndində yaşayan şəhid ailələrinə, müharibə veteranlarına, xəstəlikdən əziyyət çəkən və imkansız şəxslərə 1 qəpik belə kömək etməyən, dostları arasında öz doğma qardaşı Hümmətov Fəzail Talıb oğlunun dalınca nalayiq və təhqiredici ifadələr işlədən, doğma qardaşı ilə uzun illər düşmən kimi yaşayan (pul üstündə), öz bacısı uşaqlarının və digər qohumlarının xeyr-şər məclislərinə gəlməyən, Moskva şəhərində yanında işlətdiyi bacısının həyat yoldaşı Hüseynov Xasay Abbas oğlunu pul oğurluğunda şərləyərək, qovalayan, Moskvadan deportasiya olunan adam Moskva şəhərində birlikdə spirtli içki satdığı doğma bacısı oğlu Seyidov Neymət Əbülfəz oğlunu qəsdən Moskvada hüquq mühafizə orqanlarında işləyən hansısa azərbaycanlıya 10.000 (on min) ABŞ dolları rüşvət verərək ömürlük azərbaycana deportasiya elətdirən (şərikli spitli içki satdıqları köşkün ona qalması üçün), doğma bacısı qızı Salmanova Zümrüd Əbülfəz qızına Düz Qırıqlı kəndində tikdirdiyi paltar satışı mağazasını kiryəyə vermiş və sonradan “az kirayə haqqı verir” deyə qovalayan, dostları arasında doğma həyat yoldaşı Məhərrəmova Məhbubə İspəndiyər qızını söyən, Düz Qırıqlı kəndində yerləşən “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların” və “Qarabağ Müharibəsi Şəhidləri”nin xatirəsinə yaradılmış abidələrin təmir bərpa işlərini mütəmadi olaraq kənd bələdiyyəsinin sədri Qüdrət Cəfərov tərəfindən aparıldığı halda, öz adına çıxan, dövlətə vergi verməmək məqsədilə Düz Qırıqlı kəndindəki çayçıda işlətdiyi az yaşlı uşaqlarla əmək müqaviləsi bağlamayan, 23.11.2015-ci il tarixdə qeyd etdiyi və abadlıq işləri apardığı parkda qanunsuz və tikintidə təhlükəsizlik qaydalarına əməl etmədən quyu qazdırdığı zaman iki nəfər fəhləliklə məşğul olan Tovuz rayonuun Aşağı Quşçu kənd sakinləri Musayev Zaman Əli oğlunun və Mürşüdov Azad Qərib oğlunun quyuda boğularaq ölümlərinə səbəb olmuş və istintaq prosesində Moskvada gizlənmiş, quyunun qazılmasını isə guya dostluq etdiyi Seyidov Əlinin göstəriş verməsini bildirərək məsuliyyətdən yayınan, mütəmadi olaraq Şəmkir rayonunun Düyərli kəndində yaşayan və baxıcılıqla məşğul olan Zaman adlı, həmçinin Tovuzlu Fazil kimi tanınan baxıcı Fazilin yanına gedərək, onlara hansısa dualar yazdıran, qıfıllar düzəltdirən, həmin duaları və qıfılları gətirib Düz Qırıqlı kənd qəbirstanlığında basdıran, daima yaxın ətrafındakı danışıqlarında mənim prezidentim Putindi deyən şəxsin sərmayəçilikdən, xeyriyyəçilikdən, canı-qanıyla yurduna, kəndinə, torpağına, vətəninə bağlılığını bildirməyə, kəndinin xeyr-şərinə kömək etməsindən danışmağa haqqı varmı. Mən onun çayçısının yaxınlkığında 2 nəfərin ölümünün bədəlini indidə çəkirəm.Lakin o məni aləmdə yalanlarla biabır edib. Gəlin baxın 3- 5 gün əvvəl onun çayçısında olan o pozğun qadınalrı qovublar . Amma əvvəl bura nə idi..... Əslinə qalsa deyiləsi çox şey var. Bu yaxınlarda oğlunun törətdiyi qəza nəticəsində ortaya çıxmayan xəsarət alanlar və sonra həyata vida deyənlər haqqında danışmaq sonraya qalsın. Buyurun baxın bu şəkillərdə Rafailin oğlunun törətdiyi qəzanın nəticələridir, lakin bu günə qədər bu hadisə bağlı səs çıxmayıb:
Bu işlə məşğul olan vəkil Firudun Ələkbərov: Qardaş mən hüquqşunasam, ona görə hüquq dili ilə danışıram. Yazılanların hamısı böhtandır. Bunu sübut edəcək əlimdə faktlar var.Bu gün isə sadəcə olaraq DTX-nə bu kənddə aparılan əmıəliyyatlar və bu kənddən başı torbalı çıxan adamlar haqqında sorğu göndərmişəm. Cavab alandan sonra kimin və nəyin nə olduğunu sizə deyəcəm.Amma bu başdan deyim ki, əlimdə olan faktlara görə o yazıda yazılanların 99 faizi yalandır, böhtandır və mən Azərbaycan qanunlarına söykənərək bunu sübut edəcəm. Teref.info-nun müxbiri Tovuz rayonu Düz Qırıqlı kənd bələdiyyəsinin sədri Qüdrət müəllimlə bu məsələlərlə bağlı söhbət etdi. Qüdrət müəllimin dediyinə görə Hümmətov Rəfail Talıb oğlu kənddə hansısa xeyriyyəçi əməlləri ilə tanınmayıb. Qaldı kənddə salınmış “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların” və “Qarabağ Müharibəsi Şəhidləri”nin xatirəsinə yaradılmış abidələri təmir bərpa elətdirməsi məsələsinə, bunun ağ yalan olduğunu təsdiq etdi. Qüdrət müəllimin dediyinə görə “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların” abidəsi əvvəldən olub və dövlət tərəfindən təmir edilib, qaldı “Qarabağ Müharibəsi Şəhidləri”nin abidəsinə, onu kənd rəhbərliyi rayon icra hakimiyyətinin köməkliyi ilə saldırıb və bütün təmir bərpa işlərini kənd bələdiyyəsi həyata keçirdir. Adı çəkilən şəxsin isə kənd həyatında heç bir xeyriyyəçilik aksiyalarında iştirakı gözə dəyməyib. Çünki onun özüdə 1-2 ildən bir kəndə gəlir və necə gəlirsə elə də gedər. Bu sözləri Tovuz rayonu Düz Qırıqlı kənd bələdiyyəsinin sədri Qüdrət müəllim dedi.
Tanış olduğumuz daha bir kənd sakini ilə söhbətimiz tutdu. Lakin biləndə ki, jurnalistik, xahiş etdi ki, adı çəkilməmək şərti ilə bizimlə danışar. Onun dediynə görə özünü RF vətəndaşı kimi təqdim edən R.Hümmətov, həmdə Azərbaycan vətəndaşıdır. Öz qohum əqrabasına düşmən olan, ətrafda həyat yoldaşını söyən, bacısı oğlunu ömürlük deportasiya etdirən, bacısının həyat yoldaşını oğurluqda şərləyən, bacısı qızının çörəyinə bais olaraq qovalayan, doğma qardaşını hər yerdə söyən, az yaşlı uşaqların əməyi ilə pul qazanan, Moskvada gecə gündüz oğurluq araq satan Hümmətov rəfailin hayasızcasına mətbuatda yazılar yazdırması və aidiyyəti qurumları aldatması onun bir daha savadsız və Moskvada gizli satdığı saxta məhsullarla insanların həyatını zəhərləyən alverçi olmasını deməyə əsas verir. Öz maddi maraqları və kimlərinsə sifarişi ilə, kimlərəsə şər böhtan atmaqla məşğul olan “şəxsin”, pulla tutduğu saxta və təcrübəsiz mirzələrinə yazdırdığı müraciətində özünü ölkə prezidentinə sərmayyəçi - xeyriyyəçi iş adamı kimi təqdim etməsi tərbiyəsizlikdən başqa bir şey deyildir. Azərbaycanın səlahiyyətli orqanlarına sualımız var. Nə zamandan Azərbaycan vətəndaşlarına ikili vətəndaşlıq qərarı çıxıb? Burda Azərbaycandır və qanunlar işləyir.Düzdür gec və ağır lakin işləyir! Teref.info olaraq Hümbətov Rəfaillə görşməık istəsəkdə görüşümüz baş tutmadı. Onun bu mövzu ilə bağlı fikirlərinin önəmli olduğunu bildiyimizə görə dəfələrlə onunla görüşmək istədik.Lakin..... Teref.info olaraq adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq! Teref.info