Vətəninfo.az adını açıqlamayan hərbi qaynaqlara istinadən xəbər verir ki, erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlunun İpoteka krediti Müdafiə Naziri Zakir Həsənovun əmri ilə MN-yi tərəfindən ödənilib və artıq şəhid kapitanın ailəsinin ipoteka krediti bağlanıb.
Məlumatlı mənbələrdən əldə etdiyimiz məlumata görə, eyni zamanda da şəhidin iki azyaşlı övladı MN-yi tərəfindən qəyyumluğa götürülüb.
Redaksiya olaraq, cənab nazirin bu addımını əsil Paşaya yaraşan addım olaraq qiymətləndirməklə yanaşı, eyni zamanda Zakir Həsənovun ölkədə şərəfli ordumuzun libasını geyinən hər bir fərdinə yanaşma tərzini ortaya qoymuş oldu. Zakir Həsənov kimi Paşa ordumuzun başında durduqca. Bu ordu neçə-neçə düşməni məhv etməyə qadir olacaq.