Əfqanıstanda hələ də yetkinlik yaşına çatmayan qızların satılması davam edir. Türkmən diaspora liderlərindən Əli Öztürkmənin Lent.az-a da göndərdiyi fotoşəkildə günün günorta çağı bazarda bir qızın ətrafında “alış-veriş” getdiyi aydın görünür. Taleyin hökmünə baş əyən qızlardan yalnız biridir bu qızcığaz.
Qızcığazı dövrəyə alan kişilərin hərəsi bir qiymət qoymaqla ona sahiblənmək istəyir. Bu fağır isə XXI əsrdə yaşanmaqda olan bu rəzalətə sadəcə gözlərini qapamaqla üsyan edir. O, bu ssenarisi pozulmayan “tamaşa”nı seyr etmək istəməsə də, dünya bu “tamaşa”ya baxmağa məhkumdur…