Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan hərbi qulluqçusunun meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib.
Virtualaz.org bildirir ki, bu barədə Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı təcili tədbirlərin həyata keçirilməsi davam etdirilir və nəticə barədə ictimaiyyətə əlavə informasiya veriləcək.
***17:48
Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.