"Göyçayda cinayetkar dəstə fəaliyyət göstərir" -" Ramil Usubova yazdığımız ərizəyə iki aydan artıqdır cavab verilmir"-VİDEOFAKT
29-11-2017, 08:30
Göyçayda su borularını oğurlayan mütəşəkkil dəstə fəaliyyət göstərir Zərərçəkmişlər bu məsələdə rayon polis şöbəsinin müstəntiqini də ittiham edirlər
Göyçay rayonunun Qaraməryəm kənd sakini Səbuhi Quliyev prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyevaya müraciət edib. O, müraciətin bir surətini də anaxeber.info saytına göndərib. Səbuhi Quliyev yazır ki, Göyşay rayon Polis Şöbəsinin müstəntiqi Elnur Tağıyev mərhum prezident Heydər Əliyevin imzası ilə ona verilən pay torpağında qanunsuz olaraq qazıntı işləri apararaq, əkin sahəsini yararsız vəziyyətə salmaqla yanaşı su borularını oğurlayan dəstənin əməllərini ört-basdır edir. “Həmin su borularının bizə məxsus olduğunu təsdiq edən sənədlər var. Qeyd edim ki, su borularının oğurlanması ilə mütəşəkkil dəstə məşğul olur”. Şikayətçinin sözlərinə görə, adıçəkilən müstəntiqlə bağlı dəfələrlə DİN-nin “102” xidmətinə müraciət edib. “Lakin məsələ həllini tapmayıb. Daxili işlər naziri cənab Ramil Usubova yazdığımız ərizəyə isə iki aydan artıqdır cavab verilmir. Onu da bildirim ki, məsələ ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə etdiyimi şikayətin araşdırılması Daxili İşlər Nazirliyinə həvalə edilib. Oradan isə mənə deyirlər ki, get Göyçay Polis Şöbəsinə ərizə yaz ki, müstəntiqdən heç bir şikayətim yoxdur, biz ondan sonra prokurorluqla danışaraq qərarı ləğv etdirib bu məsələni araşdırarıq. Qəsdən məndə və ailəmdə dövlətə qarşı inamsızlıq yaradır, bizi hakimiyyətdən incik salırlar. Nəzərinizə çatdırım ki, boru oğurluğu ilə məşğul olan dəstənin başında Nazim adlı şəxs dayanır. Onlar təkcə bizim kəndimizdən dəyəri milyonlarla manatla ölçülən su borularını oğurlayıblar. Dəstə bu əməllərini digər kəndlərdə də törədib. Bütün bunlarla bağlı əlimizdə sübutlar var”. Şikayətçi xahiş edir ki, bu məsələyə diqqət ayrılsın. anaxeber.info