Xorvatiyanın məşqçisi: "Dünya kuboku sirkə çevrilir"

13-06-2014, 17:05   
Xorvatiyanın məşqçisi: "Dünya kuboku sirkə çevrilir"
Xorvatiya millisinin baş məşqçisi futbol birinciliyini sirkə bənzədib.

“Nişimuranın qərarından sonra dünya kuboku sirkə çevrilir” - deyə Xorvatiyanın baş məşqçisi Kovaç Braziliya-Xorvatiya oyununda yaponiyalı hakim Nişimuranın ziddiyyətli 11 metrlik cərimə zərbəsi təyin etməsini şərh edərkən bildirib.

"The İndependent" qəzeti xatırladır ki, braziliyalı Fred xorvatiyalı Dejan Lovrenlə “yüngül təmasdan” sonra yıxıldı və hakim 11 metrlik cərimə verdi.

Oyundan sonra mətbuat konfransında Kovaç deyib: “Bugünkü hadisə gülməlidir. Əgər belə getsə, dünya kuboku sirkə çevriləcək. Əgər hər belə toxunmağa görə 11 metrlik cərimə zərbəsi verilsə, onda gərək futbol oynamayaq”.
Braziliyalı məşqçi Skolari isə bunları bildirib: “Kovaçın dedikləırini şərh etmək istəmirəm, ancaq Braziliya 5 dəfə kuboku alıb. Onların heç biri Braziliyanın xeyrinə sirk olmayıb”.
Bununla belə Skolari deyib ki, o, Kovaçı çox yaxşı başa düşür və onun dediklərinə hörmətlə yanaşır.

Qeyd edək ki, A qrupunda keçirilən Braziliya-Xorvatiya oyunu 3:1 hesabı ilə amerikalıların xeyrinə başa çatıb. Xorvatlar çox gözəl oynadıqları və hesabı açdıqları oyunda hakim ədalətsizliyi ilə üzləşiblər. Bundan sonra onlarda ruh düşkünlüyü yaranıb. Nəticədə uduzublar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.