İki gün öncə möhtərəm prezidentimiz cənab İlham Əliyev Tərtər rayonuna səfər etmişdir. Əməkdaşlarımız həmin günlərdə Tərtər rayonunda idi. Ertəsi gün,yəni, 29 Noyabr 2017-ci il tarixində əməkdaşlarımız Tərtər RİH-də olarkən qəribə bir hadisə ilə rastlaşmışdırlar. Tərtər rayon sakini orta yaşlı bir qadın şikayətini bildirmək istəsə də, İcra hakimiyyətində heç kim onu qəbul etmirdi. Qadın əsəbi halda qışqıraraq etirazını bildirdi : “ Cənab prezidentimiz gələndə hamınız yalvarırdınız ki, prezidentə yaxın gəlib heç bir şikayət etməyin və bizdə sizin bütün problemlərinizi həll edəcəyik. Ama bu gün qapıdan içəri buraxmırsınız.İcra başçısının işi ancaq parkları, səkiləri yeniləmək, küçələrə daş düzməkdir. Bir il öncə təmir olunmuş parkları yenidən təmir edir. Buna nə ehtiyac var? Bizim dərdimiz sərimiz qalıb! Yerli camaatın probleminə baxan yoxdur”. Qadın gözyaşları içində şikayətini bildirmək istəsədə, onu Tərtər RİH qəbul etməkdənsə, Tərtər Rayon Polis şöbəsindən polisləri çağırdılar oraya. 4 nəfər polis işçisi şikayət bildirən xanıma və yanındakı yaşlı xanıma zor tətbiq edərək və dövlət işçisinə yaraşmayan sözlərdən (qancıq indi səni basarığ şöbədə başıva oyun açarıq, bilərsən şikayət nədi) istifadə edir və vəzifəsindən sui istifadə edərək qadına hədə qorxu gəlirdi. Əməkdaşlarımız həmin polis işçisinə yaxınlaşaraq sizin qadını təhqir etməyə ixtiyarınız yoxdur, nəyə görə təhqir edirsiniz sualını versədə, polisin cavabı isə mən nə edirəm, əcəb edirəm oldu və hadisə yerindən uzaqlaşdı. Əməkdaşlarımız Tərtər RPŞ-a getdi, daha sonra Azərbaycan Respublikası, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki cənab Ehsan Zahidovla telefon əlaqəsi saxlayaraq bildirdik ki, “Vətəndaş əsaişi pozsa belə, bir polis işçisinin onu təhqir etməsinə icazə varmı yoxsa sadecə məsuliyyətə cəlb olunmalıdır?” cavabında isə, Cənab Zahidov bizə bildirdiki : “ Polis vətəndaşların əsaişini qoruyan, qatilin əlindən qurtaran bir orqandır. Kimliyindən asılı olmayaraq, əsaişi pozan hər bir vətəndaş qanun məsuliyyətinə cəlb olunur. Qaldıki təhqirə bu çox utancverici məsələdir, polis adına ləkə gətirəcək bir hərəkətdir, nəyinki polis heç bir vətəndaşın heç bir vətəndaşı təhqir etməyə ixtiyarı yoxdur! Mən indi Tərtər Rayon Polis Şöbə rəisi ilə əlaqə saxlayaram və həmin polis hər kimdirsə, araşdırılaraq lazımı qaydada cəzalandırılar.” Daha sonra Tərtər RPŞ-a yaxınlaşdıq və həmin polis haqqında məlumat versəkdə, bizə polis haqqında məlumat vermədilər.
Belə çıxır ki, Müstəqim Məmmədova şikayət etmək istəyəni polis söyə-söyə şöbəyə aparır və polisidə axtarmaq istəsəniz buda əl altından yoxa çıxır. Birlikdə görülən bu işlərlə, cənab prezidentimiz İlham Əliyevin Tərtərdə gedən özbaşınalıqlardan xəbəri olunmamasına çalışılır. Burdanda belə məlum olur ki, Tərtər RPŞ üçün Tərtərdə tək vətəndaş var oda Müstəqim Məmmədovdur.
Tərtər sakinlərinin sözlərinə görə, rayonda yaşanan problemlər barədə dəfələrlə icra başçısına müraciət edilsədə, heç bir nəticə olmur.Faktiki rayonda dözülməz şərait hökm sürür. Bu isə Müstəqim Məmmədovu qətiyyən narahat eləmir. Elə bil rayonda baş verənlərin ona heç bir aidiyyatı yoxdur.
Mövzu ilə bağlı Tərtər rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, sorguya heç bircavab ala bilmədik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
P.S.İcra hakimiyyətində polisin vətəndaşı necə təhqir etməsinin səs yazisida var.Bir sözlə Müstəqim müəllim vətəndaşları prezidentə yaxınlaşıb şikayət etməsinlər deyə əvvəl yalan vədlər verir,prezident getdikdən sonra şikayət edən vətəndaşları polislə qorxuzur.Bir sözlə Tərtərdə hər şeyin üstü bəzək olsada altı təzəkdir.
bakupress.az