Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, “Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparırlar.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, buna etiraz edən Saakaşvili yaşadığı binanın 8-ci mərtəbəsinə çıxaraq onları özünü atacağı ilə hədələyir. Hazırda Saakaşvilinin yaşadığı binanın qarşısında tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaşanır.