Sakinlər Lerikin icra başçısını Zuvandın başçısı, müavini Zuvandın rəhbəri, Lerikin deputatını da Zuvandın deputatı adlandırırlar
Xatırladaq ki, bir müddət əvvəl Lerik rayonun bir neçə kəndi rayon rəhbərliyindən mətbuat vasitsə ilə mətbuata şikayət ünvanlamışdı.
Əvvəl Orand kəndinin 100-dən yuxarı sakini rayon rəhbərliyini, xüsusən də icra başçısı Rövşən Bağırovu və birinci müavini Cəlil Baxşıyevi, həmçinin rayonun deputatı İqbal Məmmədovu korrupsiya, məmur özbaşınlığı və qanunsuzluqda ittiham etdilər.
Onlar deputatın onlara məxsus olan əraziləri zəbt etdiyini, kəndə gələn suyun öz kartof sahələrinə çəkdiyini iddia edirdlər. Daha sonra rayonun iki kəndi Lerikdən ayrılmağa və Yardımlıya birləşməyə qərar verdi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanladılar.
Sakinlər deyirdilər ki, rayon qeyri-rəsmi 4 ərazidən - Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Amma əsas diqqət rayonun Zuvand ərazisinədir. Onlar hətta icra başçısını Zuvandın başçısı, müavini Zuvandın rəhbəri, deputatı da Zuvandın deputatı adlandırıblar. Lerik Rayon İcra Hakimiyyəti isə sakinlərin Prezidentə ünvanladıqları müraciətə rəsmi açıqlama verərək onları təkzib edib.
Bəs rayonda doğrudan nə baş verir?
PİA.AZ-a Lerik rayonu ilə bağlı sensasiya doğuracaq faktlar daxil olub. Belə ki, etibarlı mənbə rayondakı əsas vəzifələri tutmuş şəxslərin siyashısını təqdim edib.
Həmin siyahını heç bir şərh vermədən oxuculara təqdim edirik:
"Hörmətli redaksiya. Siz yəqin ki, Lerik rayonunda vəziyyətin nə olduğunu bilmirsiniz. Lerik qeyri-rəsmi olaraq, Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Sizə vəzifədə olanların siyahısınə təqdim edirik. Oxuyun, siyahıya gəz gəzdirin, nəticə çıxarın. Görün durum nə yerdədir. Ən çox hansı bölgə rayonda hegomonluq edir və bu qohum-qardaş zənciri ilə bağlanan şəbəkə rayonu hara aparır, ölkədə necə imic yaradır:
1. İqbal Məmmədov - Leriki Milli Məclisdə təmsil edən deputat (Zuvand - Rıvarud kəndi).
2. Cəlil Baxşıyev - Lerik rayon icra başçısının birinci müavini (Zuvand - Kələxan kəndi).
3. Arzu Vəliməmmədova - icra başçısın müavini (Zuvandlı, Həmzə Vəliməmmədovun qızı)
4. Habil Məlikov - başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri (Dırıqlı - Kürdəsər kəndi)
5. Əlipənah Bayramov - Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi ( Dırıq - Bülüdül kəndi)
6. Araz Quliyev - Hüquq şöbəsinin müdiri (Dırıq - Ağçay kəndi)
7. Zamiq Əhədov - İcra Hakimiyyətində Ümimi şöbənin müdiri (Zuvandlı)
8. Kaməddin Məstiyev - Lerik şəhəri üzrə icra nümayəndəsi (Zuvandlı)
9. Zöhrab Salayev - Təhsil şöbəsinin müdiri - (Zuvand)
10. Mübariz Ağayev - Mərkəzi xəstəxananın baş həkimi (Zuvandlı və İqbal Məmmədovun qohumu)
11. Eyvaz Babayev - Meşə Təsərrüfatının rəhbəri (Lerik şəhəri)
12. Vəliyulla Alışov - Rabitə qovşağının rəisi (Dırıqlı, amma Cəlil Baxşıyevin qohumu)
13. Baxşıyev Kənan - İcra Hakimiyyətində böyük məsləhətçi (Zuvandlı - Cəlil Baxşıyevin qardaşı oğlu)
14. Həmzə Vəliməmmədov - Ağsaqallar Şurasının sədri (Zuvandlı)
15. Hidayət Bəşirov - Rayon Veteranlar Şurasının sədri (Zuvandlı)
16. Elman Abbasov - Maliyyə şöbəsinin müdiri - (Zuvandlı - Cəngəmiran kəndi)
17. Aqil Sucayev - Mədəniyyət və Turiz şöbəsinin müdiri Nirəvud kəndindəndir, bir tərəfi zuvandlı - əslində, Zuvandla Nirəvud-Orand bir bölgə sayılır)
18. Etibar Həşimov - Ziyalılar Birliyi (Zuvand - Rəzgöv kəndi)
19. Mübariz Quliyev - Mənzil Kommunal Təsərrüfatının sədri (Zuvandlı)
20. Malik Mirzəyev - ƏƏSM rəisi (Buruq kəndindən. Amma İqbal Məmmədov, Cəlil Baxşıyev və Mübariz Quliyevin qohumudur, bir tərəfi zuvandlı)
21. Abdin Alışanov - Gigiyeva və Epidemiologiya mərkəzinin rəisi (Bir tərəfi züvandlı)
22. Mirzəyev Aslan - Qızıl Aypara Cəmiyyətinin rəhbəri (Zuvand)
23. Asiman Tağızadə - Baş mühasib (Zuvandlı).
Hörmətli redaksiya, Lerikdə heç bir ayrı-seçkilik yoxdur deyən İcrahakimiyyəti yəqin bu siyahıya da bir əmma tapacaq. Burda cəmi 2-3 fərqli bölgədən olan məmur var və onların da Cəlil Baxşıyev-İqbal Məmmədov tandeminə bağlı adamlardır. Gedib araşdıra bilərsiniz..."
Mövzu ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.
pia.az