Şəmkir rayon sakini anaxeber.info saytına müraciət ünvanlayıb.Şəmkir rayon sakini iddia edir ki, Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu da Şəmkir rayonunda inşa edilən "Şəmkir Aqropark" Logistika Mərkəzidir. Kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkir İcra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovun müşaviri işləmiş Qüdrət Seyfullayev adlı şəxslərdir. Alimpaşa Məmmədov və Qüdrət Seyfullayev qabaqcadan əlbir olmaqla "Şəmkir Aqropark" kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə fırıldaqları və mənimsəmələri birlikdə həyata keçiriblər. Milyonlarla manatı mənimsəyən bu şəxslər Fazil Məmmədovun havadarılığı altında dövlət əmlakını mənimsəyərək talan etmişlər. Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsait milyonlarla manatla ölçülür. Soyuducu anbarları quran xarici şirkətin xidmət müqabilində veriləcək pulu hələ də ödənilməyib. Nəticədə kompleksin daxil olduğu offşor holdinq Avropa məhkəməsinə verilib. Qüdrət Seyfullayev "Şəmkir Aqropark"ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb yararsız məhsul kimi silinib. Məqsəd ayrıllan pulların yeyintisini ört-basdır etmək olub. Ölkə prezidentinin kompleksin açılış mərasiminə dəvət edən şirkətin müdiri Qüdrət Seyfullayev və Şəmkir İcra başçısı Alimpaşa Məmmədov ölkə başçısına yalan məlumat verməklə bir daha öz korrupsioner sifətlərini gizlədiblər. "Şəmkir Aqropark" kompleksində istehsal sahəsində baş verən bədbəxt hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin rəhbər şəxslərinin də adı keçir. Belə ki, Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslər də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilər. Kompleksin istehsalat müdiri olan Vüqar İmranov hal-hazırda fəaliyyətinə davam edir. Milyonlara şərik olan bu adamın hələ də vəzifədə olması ciddi şübhələr doğurur.
Fazil Məmmədovun etibarlı kadrları sayılan Qüdrət Seyfullayev və Alimpaşa Məmmədovun korrupsioner fəaliyyətinin üstünə işıq salacaq faktlar əlimizdədir, zamanı gəldikcə oxucularımıza bu barədə açıqlama veriləcək.
anaxeber.info