Ukrayna hərbçilərinə məxsus “İl-76” hərbi-nəqliyyat təyyarəsi federallaşma tərəfdarları tərəfindən vurulub.
Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təyyarə zenit raket kompleksindən açılan atəş nəticəsində vurulub: “Təyyarənin göyərtəsində hərbçilər, texnika, silah-sursat və ərzaq məhsulları olub. İl-76 şəxsi heyətin daşımasını həyata keçirirdi”.
Hadisə zamanı təyyarənin göyərtəsində təxminən 30-a yaxın hərbçi olub. Ukrayna Müdafiə Nazirliyi ölən hərbçilərin yaxınlarına başsağlığı verib.
[media=http://www.youtube.com/watch?v=Qz2FNcJTlSo]