Türmədən şok xəbər: Dəstə rəisi dustağı döyərək öldürüb

13-12-2017, 21:27   


Penitensiar xidmət onun ürək çatışmazlığından öldüyünü bildirir

13 saylı cəzaçəkmə müəsdisəsində qətl hadisəsi baş verib. Bu barədə məlumatı fb səhifəsində Xədicə İsmayıl paylaşıb. Məlumatda deyilir ki, “Sabirabaddan olan Fərhad adlı dustağı dəstə rəisi Elman döyərək öldürüb. Ölüm hadisəsi bu gün günortadan sonra olub. “Heykəl məhbusu” Bayram Məmmədov bu hadisəyə etiraz etdiyindən döyülüb və karserə salınıb”.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib. Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb.azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.