Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan üçotaqlı mənzilin eyvanında 4 kv.m sahədə tikinti tullantıları, 1 ədəd “LG” markalı kondinsioner, plastik qapı və pəncərə qismən yanıb.
Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub.
Yanğın saat 05:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.