Gəncədə intihar etdiyi ehtimal olunan qadının öldürüldüyü məlum olub.
Gəncə şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, özünü bıçaqladığı deyilən 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərova demə qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1983-cü il təvəllüdlü Niyaz Hilal oğlu Bayramov tərəfindən qətlə yetirilib.
Hadisə Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi ev 55-də baş verib.
Qadını öldürən Niyaz Bayramov polis tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.