10-cu sinif şagirdi facebookda dostları ilə vidalaşıb özünü asdı

14-06-2014, 19:01   

Bakıda məktəbli oğlan facebookda dostları ilə sağollaşaraq özünü öldürüb.

Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.

A.Məmmədov özünü öldürməmişdən az öncə facebook profilində status yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun, dostlar. İnşallah, gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.

Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.