Gəncədə ana uşaqlarının gözü qabağında öldürüldü

14-06-2014, 19:08   
Gəncədə ana uşaqlarının gözü qabağında öldürüldü
Gəncədə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Bu şəhərdə 38 yaşlı qadın iki övladının gözü qarşısında qətlə yetirilib. Hadisəni törədən şəxs isə yaralıya kömək etməmələri üçün uşaqları da hədələyib. Özü isə hadisə yerindən qaçıb.

Puşkin küçəsi, 55 ünvanında 38 yaşlı Mayisə Ələkbərova evdə övladlarının gözü qarşısında bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da həkimlər qadının həyatını xilas edə bilməyib.

Bıçaqlanmanın şahidi olmuş mərhumun övladları deyir ki, hadisəni törədən şəxs əvvəlcə analarına bıçaq xəsarəti yetirib. Sonra sinə nahiyəsinə yod töküb. Uşaqlara isə kömək çağıracaqları və polisə məlumat verəcəkləri təqdirdə onları da ölüdəcəyini bildirib. Özü isə hadisə yerini tərk edib. Qorxu içində qalan uşaqlar bir saatdan çox heç kimə xəbər verməyiblər.

Hadisədən Mayisənin qonşuluqda yaşayan valideynləri xəbər tutub. Gəncə Şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı ilk məlumatda bildirib ki, Mayisə Ələkbərova qeyri-rəsmi nikah münasibətlərində olduğu 31 yaşlı Hilal Bayramovla mübahisə etdikdən sonra özünü bıçaqlayıb.

İstinaqın gedişi isə başqa məqamlara işıq salıb. Belə ki, prokurorluğun ikinci açıqlamasında qeyd olunur ki, Mayisə Ələkbərova özü tərəfindən deyil, Hilal Bayramov tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Hilal Bayramov saxlanılıb. Fakt üzrə cinayət işi başlanıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.