90 yaşlı kişi intihar etdi

14-06-2014, 19:28   
90 yaşlı kişi intihar etdi
Bu gün saat 14:20 radələrində 1 nömrəli Kliniki Tibbi mərkəzdə 1924-cü il təvəllüdlü Kərimov Behbud Niftalı oğlu yırtıqdan müalicə aldığı 1 nömrəli Kliniki Tibbi Mərkəzin 2 ci mərtəbəsindən özünü ataraq intihar edib.

Həkimlərin və palata qonşularının sözlərinə görə intihardan bir saat əvvəl mərhum oğlu ilə mübahisə edib. Ehtimala görə yırtıqdan əməliyyat olunan və artıq evə yola salınmağa hazır olan atasını oğlu aparmaq istəməyib və təklif edib ki, bir az daha xəstəxanada qalsın.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, mərhumun psixoloji pozğunluğu olmayıb.

Faktla bağlı cinayət işi açılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.