ABŞ-ın Rusiyanın siyasətçilərini və oliqarxlarını sanksiya siyahısına salması onlara qarşı tədbirlərin nə vaxt görüləcəyi sualını doğurdu. Bu suala ABŞ-ın Maliyyə naziri Stiven Mnuçen belə cavab verib: “Mən ehtimal edirəm ki, siz hesabatın gizli hissəsini görməmisiniz. Sanksiyalar olacaq və onlar bu hesabatın nəticəsi olacaq”.
Stiven Mnuçen bildirib ki, Rusiya Federasiyasının demək olar ki bütün rəhbərliyinin və böyük rus iş adamlarının adları keçən “Kreml hesabatı” əsasında yeni sanksiyalar hazırlanır. MSNBC-nin Vaşinqtondakı müxbiri Kaila Tauch Twitterdən məlumat verib ki, Mnuchin bu barədə Senatın bank komitəsi üzvləri ilə görüşündə bildirib.
Senator Robert Menendesin “niyə mövcud siyahıya qarşı sanksiyalar nəzərdə tutulmur” sualına cavab olaraq nazir bildirib ki, “Heç bir halda düşünmək lazım deyil ki, biz bu siyahıdakı insanlara qarşı sanksiya tətbiq etməyəcəyik”. Stephen Mnuchin sanksiya məsələsinə hesabatın gizli hissəsində toxunulduğuna işarə edərək bildirib ki, “Mən ehtimal edirəm ki, siz hesabatın gizli hissəsini görməmisiniz. Sanksiyalar olacaq və onlar bu hesabatdan yaranacaq”.
azadliq.info