İtaliya mafiyaları - Siciliya, Neapol, Calabria və Apulia klanları necə qurulub?

31-01-2018, 22:13   





Qruplaşmanın ehtimal edilən başçısı Carmine Spada (mərkəzdə) yanvarda Romada həbs edilib
İtaliya polisi mafiya ilə mübarizə çərçivəsində əməliyyat apararaq Neapol, Roma və Siciliya Agrigentosu rayonlarında onlarla insanı həbs edib. Həbs olunanlar qaçaqmalçılıqda, qəsbkarlıqda, sifarişli qətldə, siyasətçilərə rüşvət verməkdə, fahişəliyin təşkilində, sənət əsərlərinin oğurlanmasında ittiham olunurlar. Cinayətlərin siyahısı genişdir.
Bəs bu gün italyan mafiyası özünü necə təqdim edir?
"Cosa Nostra" - Siciliya mafiyası
Siciliya bandaları model yaratdılar və sonradan bu modeli bütün dünyadakı mafiya qruplaşmaları qəbul etdilər. Onlar 1800-cü illərdə Siciliyada güclü qüvvəyə çevrildilər, nəticədə onların qüdrəti və inkişafı davamlı olaraq artdı. "Cosa Nostra" Siciliya dilindən tərcümədə "bizim işimiz" deməkdir. Əsasını ailə klanlarının qoyduğu ilk mafiya belə adlanırdı. O, özünün şərəf kodeksi - omerta ilə məşhurdur, hansı ki, mütləq sadiqliyi tələb edir. Kənara məlumat ötürən informatorları əzab və ölüm, onların qohumlarını isə cəza gözləyirdi. Hətta bizim günlərdə Siciliyadakı mafiya üzvləri kommersiya mübahisələrini həll etməyə və oğurlanmış məhsulların axtarışına cəlb edilir, ləng gedən məhkəmə işlərindənsə onların xidmətinə üstünlük verilir. Lakin bir çoxları, sahibkarların bizneslərinin "müdafiəsi" üçün pul ödəməyə məcbur olduqları mafiyanın "himayədarlıq" təcrübəsinə nifrət edirlər.
"Cosa Nostra" reketçiliklə məşğul olaraq, Chicago, New-York və digər şəhərlərdəki bandalarla mübarizə aparmaqla ABŞ-da da məhşurlaşmışdı. Qruplaşma 1920-ci illərdəki "quru qanun" dövründə saxta spirtli içki ticarəti sayəsində yerini əhəmiyyətli dərəcədə möhkəmlətmişdi.
Federal Təhqiqat Bürosu (FTB) iddia edir ki, Amerikanın cinayət sindikatının ümumilikdə italiyalı klanlarla əlaqəsi yoxdur. "Cosa Nostra"nın əsas gəlir mənbəyi heroin ticarətidir. Əgər bu gün "mafiya" sözünü işlətsək, çoxları dərhal Marlon Brando-nun "Xaç atası" filmini xatırlayacaqlar.
Siciliya dilində "mafiya" sözü "cəsarət" sözüylə əlaqəlidir. Çox vaxt bu termin bütün mütəşəkkil cinayət qruplaşmalarına qarşı düzgün və təyinata görə istifadə edilmir. Bəzi mafiya təşkilatları Rusiya, Çin, Albaniya və digər ölkələrdən olan qəddar bandalarla rəqabət apararaq öz fəaliyyətlərini başqa ölkələrdə də davam etdirirlər. Bəzi hallarda bandalar öz hərəkətlərini əlaqələndirirlər və sonradan əldə etdiklərini bölüşdürürlər.
"Cosa Nostra" təkcə İtaliyada deyil, həm də ABŞ-da yerli və dövlət siyasətinə daxil olub. Lakin hətta İtaliyada belə korrupsiya ilə bağlı qalmaqallar həmişə mafiyanın iştirakını nəzərdə tutmur. Romadakı səs-küylü məhkəmə prossesi möhtəşəm korrupsiya sxemini ortaya çıxardı, lakin burada mafiyanın rolu yox idi. FTB-nin məlumatına görə, hazırda "Cosa Nostra" və digər 3 böyük mafiya - "Camorra", "Ndrangheta" və "Sacra Corona Unita" qruplaşmasının 25 min üzvü var. Ümumilikdə dünyada 250 min insanın onlarla əlaqəsi var. "Cosa Nostra"ya xaç atası Salvatore Riina başçılıq edən zaman qruplaşma əslində İtaliya hökuməti ilə müharibə vəziyyətində idi.
"Cosa Nostra" tərəfindən öldürülən prokuror Falcone-nin qətl yerində abidə quraşdırılıb
1992-ci ilin mayında Riina-nın adamları Palermo yaxınlığında prokuror Gioavanni Falcone-nin avtomobilini partlatmışdı. Nəticədə prokuror özü, xanımı və 3 mühafizəçi həlak olmuşdu. İki ay sonra isə yeni prokuror Paolo Barsellino da öldürülmüşdü. Onun avtomobili də Palermoda partladılmışdı. Riina 2017-ci ilin noyabrında 87 yaşında həbsxanada vəfat edib. Ona ömürlük həbs cəzası verilmişdi.
Palermodakı Corleone şəhərindəki mafiyaya məxsus mülk müsadirə edilərək otelə çevrilib
"Cosa Nostra" yerli podratçıların vasitəsiylə Avropa İttifaqının (Aİ) Siciliyadakı iqtisadi layihələrini də ələ keçirmişdi. 2010-cu ildə BBC-nin apardığı araşdırma müəyyən edib ki, digər biznes layihələri sırasında mafiya strukturları külək elektrik stansiyalarından da vəsait əldə edib. Siciliya ictimaiyyəti təslim olmaq niyyətində deyil. Libera Terra anti-mafiya qruplaşması biznes layihələrlə məşğul olur. Bunların arasında mafiyadan ələ keçirilən vəsaitlə əldə edilən mehmanxana biznesi də var.
Mafiyanın öyrənilməsi üzrə ixtisaslaşan Oxford universitetinin əməkdaşı Federico Varese deyir ki, hazırda "Cosa Nostra" dövlət tərəfindən maliyyələşdirlilən mühacirlər üçün yaşayış yerlərinin himayədarlığı ilə məşğuldur. Lakin mühacirlərin bəzi bandaları mafiya ilə fahişəlik kimi sahələrdə rəqabət aparmağa cəhd göstərirlər. Bu barədə BBC-ə danışan Varese Siciliyada polisin mafiyaya "böyük təzyiq" göstərdiyini əlavə edib.
"Camorra" - Neapol mafiyasıdır
"Camorra" nın Neapol və Caserta-dakı klanlarında təqribən 4500 nəfər var. Onların əsas fəaliyyət sahələri narkotiklərdir. Birləşmə üzvləri həddən artıq qəddarlıqları ilə seçilirlər. Onlar həmçinin tikinti şirkətlərindən, zəhərli tullantıların atılmasıyla və geyim istehsalıyla məşğul olan firmalardan pul ələ keçirməklə məşğul olurlar. Bura həmçinin məhşur geyim brendlərinin saxtalaşdırılması ilə məşğul olan, əsasən çinlilərin işlədiyi emalatxanalar da daxildir.
Scampia Neapol rayonundakı yarı dağılmış bu evlər "Camorra"nın məhşur fahişəxanasıdır
2006-cı ildə işıq üzü görən "Homorra" kitabında, italiyalı jurnalist Roberto Saviano bandanın gündəlik həyatı və iş prinsipləri barədə yazmışdı. Kitab satışa çıxdıqdan sonra Saviano təhdidlər almağa başladı. Bu gün o, hökumətin mühafizəsi altında yaşayır. Yanında hər zaman mühafizəçilər olan Saviano-nun yaşayış yeri açıqlanmır. Amerikanın CBS radiosuna açıqlama verən Saviano "Camorra" və "Ndrangheta"nın "Cosa Nostra"dan daha ciddi ierarxiyaya və daha gənc liderlərə sahib olmasıyla fərqləndiyini bildirib. Onların fəaliyyətində "daha çox qan var". Saviano-nun sözlərinə görə, bu iki qruplaşma "Cosa Nostra"dan daha güclüdür və siyasətlə daha az əlaqəlidir. "Camorra"nın narkotik ticarətçilərinin geniş şəbəkəsi hətta İspaniyada da fəaliyyət göstərir. Lakin sindikatın mərkəzi həmişə Neapolun Scampia və Secondigliano kimi kasıb rayonlarında olub.
Roberto Saviano mühafizəçilərlə 2013-cü ildə kino festivalında
"Camorra" ilə Romanın kasıb şəhərlərindən biri olan Ostiada bandaların qarşıdurmasını da əlaqələndirirlər. Bir neçə ay əvvəl mafiya klanının üzvü Spada-nın kamera qarşısında telejurnalistə kəllə atması qalmaqal yaratmışdı. Professor Varese-nin qeyd etdiyinə görə, "Camorra"nın klan strukturunda ənənəvi olaraq qadınlar mühüm rol oynayır. Onlar bir qayda olaraq klan üzvlərinə pul verən kuryerlərin və "mühasiblərin" işini həyata keçirirlər. Calabria mafiyası -"Ndrangheta" Calabria - dünya xəritəsində İtaliya "çəkməsinin" "corabıdır". Bu İtaliyanın ən kasib ərazilərindən biridir. Əyalət Siciliyanın yaxınlığında yerləşir. "Ndrangheta" isə öz fəailiyyətinə "Cosa Nostra"nın filialı kimi başlayıb. Bu qruplaşmanın adı "andragatia" yunan sözündən götürülüb, mənası isə "şücaət" deməkdir. FTB-nin qiymətləndirməsinə görə, hazırda "Ndrangheta"nın 6 min üzvü var.
2008-ci ildə "Ndrangheta"nın başçılarından biri Pasquale Condello həbs edilib
"Ndrangheta"nın fəaliyyət sahəsi kokain qaçaqmalçılığıdır. Professor Varese deyir ki, qruplaşma birbaşa Meksika və Kolumbiya bandaları ilə əlaqədədir. Bəzi hesablamalara görə, "Ndrangheta" Avropada kokain ticarətinin 80 faizinə nəzarət edir. "Ndrangheta" İtaliyanın şimalında da nüfuza sahibdir. Qruplaşma Turin ətrafındakı kriminal biznesin bir hissəsinə nəzarət edir. Calabria-da "Ndrangheta" yoxsullar üçün ayrılan yardımın mühüm hissəsini oğurlamaqda ittiham edilir. 2007-ci ildə qruplaşma Almaniyanın Duisburg şəhərində öz qəddarlığını nümayiş etdirdi. Şəhərdə italyan sindikatı ilə əlaqəsi olan 6 nəfər qətlə yetirlimişdi. Cinayətkarlar onların cəsədlərini italiyan restoranın yaxınlığındakı iki avtomobilə yerləşdirmişdilər.
Apulia mafiyası - "Sacra Corona Unita" İtaliya mafiya klanlarından ən kiçiyi olan "Sacra Corona Unita"nın ("Birləşmiş müqəddəs tac") bazası ölkənin cənub-şərqində yerləşən Apulia vilayətindədir. FTB-nin qiymətləndirməsinə görə, qruplaşmanın iki minə yaxın üzvü var və onların fəaliyyət sahəsi - siqaret, silah, narkotik və insan qaçaqmalçılığıdır. Apulianın coğrafi vəziyyəti onu Balkanlardan qaçaqmalçılıq üçün ideal liman ərazisi edir. Apulia klanlarının Şərqi Avropa mütəşəkkil cinayət qruplaşmaları ilə sıx əlaqədə olduğu hesab edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.