Şalvar davaya son qoydu

14-06-2014, 20:00   
Şalvar davaya son qoydu
Ötən həftə Bakının Binəqədi rayonunda kütləvi dava baş verib.

ANS PRESS-in məlumatına görə, dava Biləcəri qəsəbəsində olub.

Belə ki, Biləcəri qəsəbəsində bir neçə nəfərin məhlələrin birində dayanması sakinlərin xoşuna gəlməyib. Nəticədə yaranan mübahisə davaya çevrilib.

Həmin ünvanda yaşayan 27 yaşlı gənc bir oğlan dava edənləri ayırmaq istəyib. Lakin həmin gənc də hücuma məruz qalıb. Dava edənlərdən biri onun paltarından yapışdıqdan sonra gənc oğlanın şalvarı əynindən çıxıb.

Baş verən hadisə həm ətrafdakıların gülüşünə səbəb olub, həm də dava yatırılıb.

Hadisə yerinə polsi əməkdaşları çağırılmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.