İraqda dəhşət: 1700 polis bir-bir güllələndi

15-06-2014, 13:58   
İraqda dəhşət: 1700 polis bir-bir güllələndi
İraqın Mosul şəhərini ələ keçirdikdən sonra paytaxt Bağdad şəhərinə tərəf irəliləyən "İraq və Şam İslam Dövləti" (İŞİD) döyüçüləri Səddam Hüseynin vətəni olan Tikrit vilayətində 1700 polis işçisini tək-tək güllələyib.

İŞİD döyüşçüləri qısa bir müddət ərzində Tikrit şəhərində yerləşən Səlahəttin polis idarəsini və qərargahını ələ keçiriblər.

İŞİD tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Tikritdəki əməliyyat zamanı 2500 polis nəfəri əsir götürülüb. Əsir götürülən şiə təriqətli 1700 polis nəfərinin güllələnərək qətlə yetirildiyi bildirilib. Digər polis içiləri isə əfv edilib.

Bu əmrin İŞİD lideri Əbu Bəkir əl-Bağdadi tərəfindən verildiyi qeyd olunub.

Qeyd edək ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İŞİD silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.