Ərdoğanın helikopteri 3 nəfəri yaraladı

15-06-2014, 14:03   
Ərdoğanın helikopteri 3 nəfəri yaraladı
Yaralann jurnalist, polis məmuru və inşaatçı xəstəxanaya aparılıblar
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana məxsus helikopter eniş edərkən 3 nəfəri yaralayıb.

ANS PRESS-in məlumatına görə, ölkənin Rizə vilayətindən səmaya qalxan helikopter Artvin Şəhər Meydançasına eniş etmək istəyib.

Ərdoğanın da içində olduğu 3 helikopter bu zaman həmin ərazidə olan üç nəfərin müxtəlif bədən xəsarətləri almasına səbəb olub.

Hadisəyə helekopiterin küləyinin səbəb olduğu bildirlir. Belə ki, helekopterin küləyi meydançada olan müxtəlif inşaat materillarını oradakı jurnalist, polis məmuru və inşaat işçisinin üzərinə atıb.

Nəticədə onlar müxtəlif bədən xəsartələri alıblar. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar.

İlkin tibbi yardımdan sonra onlar evə buraxılıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.