Əfqanıstanda prezident seçkilərinin ikinci tur səsvermə zamanı “Taliban” hərəkatının silahlıları 46 nəfəri qətlə yetiriblər.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən 7 milyondan çox seçici səsvermədə iştirak etməkdən imtina edib.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turuna namizədlərdən keçmiş XİN rəhbəri Abdulla Abdulla və Dünya Bankının sabiq əməkdaşı Əşrəf Qani Əhmədzay keçib.
Əfqanıstan MSK-sının sədri Əhməd Yusif Nuristani bildirib ki, təhlükəsizlik baxımından səsvermə zamanı 6365 seçki məntəqəsindən 200-ü bağlanıb. Səsvermədə iştirak etməyənlərin 38 faizi qadın, 62 faizi kişi seçicilərdir.