Rusiyanın Kirov vilayətində beş gün əvvəl itkin düşmüş baş redaktorun cansız cəsədi tapılıb.
ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib ki, 10 iyundan bəri axtarılan rayonun “Rodnoy kray” qəzetinin baş redaktoru, 48 yaşlı Qalina Koşeyevanın meyitini bu gün - 14 iyunda Kilmez rayonunun Suna qəsəbəsi yaxınlığındakı meşə massivində polis tərəfindən tapılıb.
Baş redaktorun meyitinə baxış keçirilərkən üzərində zorakılıq əlamətləri aşkarlanıb. Baş redaktor iyunun 10-da qəzetin redaksiyasına işə gedərkən yoxa çıxıb.
Hadisənin motivi və kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir versiya irəli sürülməyib. Lakin yerli KİV Qalinanın ölümündə artıq sevgilisini günahlandırır. Suna qəsəbəsinin sakini jurnalist yoxa çıxdığı gün özünü öldürüb. Kişi 11 iyunda gecə özünü güllələyib.
Faktla bağlı cinayət işi başlanıb.