ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç - “Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır”

16-02-2018, 21:41   
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç - “Erkən seçki qərarının arxasında müxtəlif səbəblər dayanır”
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç ölkədə erkən prezident seçkilərinin keçirilməsini bir sıra amillərlə əlaqələndirib. Onun sözlərinə görə, burada iqtisadi, siyasi və regional faktorlar var ki, hökumətin səsverməni tələsdirməsində rol oynaya bilər.

“Şəxsən mən bunun arxasında bir neçə səbəbin ola biləcəyini düşünürəm. Biri odur ki, iqtisadiyyat bir neçə il bundan öncə neft qiymətlərinin düşməsi ilə yaranan şokdan sonra çox yavaş şəkildə dirçəlməkdə davam edir. Diversifikasiya baş verməyib və hər zaman manatın dəyərinin yenidən düşəcəyinə dair narahatlıq var,” səfir Kazlariç Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə seçkini erkən keçirməklə Azərbaycan hökuməti qarşıya çıxa biləcək problemləri önləməyə səy göstərir. Kazlariç seçkilərdən sonra hökumətdə yeni təyinatların olacağını istisna etməyib.

“Biz təkcə aşağı səviyyəli deyil, həm də daha yüksək vəzifəli rəsmilərə qarşı korrupsiya ittihamlarının irəli sürüldüyünə şahid olmuşuq. Bir il öncə milli təhlükəsizlik naziri və Azərbaycan Beynəlxalq bankın sədri həbs olunub, rabitə naziri və nəqliyyat naziri vəzifələrindən çıxarılıb. Çox sayda dəyişikliklər baş verib. Erkən seçki keçirməyin bir səbəbi də odur ki, bu, onlara höküməti indikindən fərqli şəkildə qurmağa fürsət yarada bilər.”

Sabiq səfir bu qərarda Qarabağ amilinin də rol oynaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, erkən seçkilər prezidentə Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün “mandat verə bilər.” Digər tərəfdən o, hərbi təmas xəttində artan gərginliklər barədə narahatlığını da ifadə edib.

Konstitutsiyada prezidentlik dönəminə qoyulan mədudiyyətləri ləğv etdikdən sonra İlham Əliyev dördüncü dəfə prezident seçkilərinə gedir.
Konstitutsiyada prezidentlik dönəminə qoyulan mədudiyyətləri ləğv etdikdən sonra İlham Əliyev dördüncü dəfə prezident seçkilərinə gedir.
Seçiki qabağı atmosferə gəlgikdə, Kazlariç durukun ürəkaçan olmadığını vurğulayıb.

“Demokratik inkişaf, insan haqları, ifadə azadlığı sahəsinə trendlər mənfi olub. Bu, hər bir halda belə olacaqdı, amma seçkilərin erkənə alınması ilə məncə bu trend daha da sürətləndiriləcək,” o, Amerikanın Səsinə deyib.

Kazlariçin sözlərinə görə, Azərbaycan hökuməti mütəmadi qaydada azad söz məkanını daraltmaq və mürtəce məhdudiyyətlər tətbiq etmək istiqamətində yeni ölçülərə əl atır.

“İfadə azadlığı ölkədə getdikcə pisləşir. Daha öncə onsuz da pis idi, amma indi təkcə müxalif medianın çatışmazlığı ilə yanaşı fərdi şəxslərin də internetə girişi məhdudlaşdırılır və nəzarət olunur. İnsanlar Facebook-dakı postlarına görə hökümət əleyhinə fəaliyyətdə ittiham oluna bilir və beləcə təkcə fərdi şəxslərə qarşı deyil, onların ailələrinə qarşı da təqiblər artır. Mən bu vəziyyətin yaxşılaşdığını görmürəm. Hətta deyərdim ki, əksinə pisləşir,” Kazlariç bildirib.

Jurnalist Əfqan Muxtarlının məsələsinə münasibət bildirən sabiq ABŞ səfiri Gürcüstanın sərgilədiyi mövqedən məyus olduöunu bildirib. O, bir vaxtlar Gürcüstanın region üçün demokratik nümunə, Ermnistanla Azrbyacan arasında köröü rolu oynayacağına ümid bəsləmiş olduğunu bildirib.

“Məncə Azərbaycanla Gürcüstan arasındakı münasibət iqtisadi-enerji əlaqələri ilə müəyyən olunacaq və o həddə çatacaq ki, Gürcüstan qaz üçün Azərbaycandan daha asılı vəziyyətə düşəcək. Onlar rəsmi Bakının Gürcüstanın müxalifət üçün təhlükəsiz bir yerə çevrilməsindən narahat olmasına səbəb olacaq hər hansı addımı atmaqdan çəkinəcəklər. Bu, çox məyusedicidir,” o bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.