"Oksana toy rəqqasəsidir"

15-06-2014, 14:26   
"Oksana toy rəqqasəsidir"
Peşəkar xoreoqraf Fərhad Vəliyev son günlər qalmaqal yaşayan rəqqasələr Fatimə Fətəliyeva və Oksana Rəsulovadan danışıb.

Xoreoqraf Fətəliyevanın rəqs nömrələrinin maraqlı olduğunu, Rəsulovanın isə səhnə rəqqasəsi olmadığını bildirib:

“İfaçılar var ki, onlara hər zaman kömək etməyə çalışıram. Müasir dövrdə maraqlı iş görmək lazımdır. Müasir xareoqrafiya rəqsləri olmalıdır. Maraqlı musiqi materialları və müasir mövzular olmalıdır. Mən onların içində bir tək Fatimə Fətəliyevanın adını çəkə bilərəm. Sənət dostluğumuz var. Mən onun rəqslərini hazırlamaqda yardım edirəm. Forma və məzmun baxımından Fatimənin rəqs nömrələri maraqlıdır. Oksana Rəsulova toya gedir, səhnəyə çıxmır ki. O, səhnə rəqqasəsi deyil. O, toylarda, məclislərdə oynayır. Konkret proqramı yoxdur. Bir tək hind rəqslərini bacarır. Özünə görə də oynayır. Özünü göstərsin. Biz də görək ki, hansısa dünya xalq və Azərbaycan milli rəqslərini oynayır. Ya da ki, Qafqaz xalqlarının rəqslərini göstərsin”.

Sənətkar hazırda peşəkar rəqs sənətində orijinal işlərin olmadığını, bütün rəqs nömrələrinin təkrarçılıq olduğunu qeyd edib: “Ümimi götürəndə, sənətimizdə yeni bir proqram, xoreoqrafiya yoxdur. Yeni və orijinal işlər yoxdur. Hamısı təkrarçılıqdır. Yeni quruluşlar, bacarıqlı mütəxəssislər yoxdur. Rəqs mədəniyyətimizdə cılızlaşma gedir. Peşəkar xoreoqraf kimi məni heç kim heyran edə, maraqlı iş göstərə bilmir. Belə baxanda, bəzilərinin yaxşı və zəif nömrələri olur. Onlar məclisdə oynayan rəqqasələrdir. Fatiməni xalq sevir. O, yaxşı nömrələr göstərir, repertuarı yaxşıdır. Rəşid Behbudov adına Teatrda yaxşı proqram göstərdi. 15-ə kimi rəqs ifa etdi. Tahir Eynullayev, İlham Kərimli ilə rəqsləri oldu. Rəqs ansamblından da uşaqlar dəvət etmişdi. Çox gözəl də konsert alındı. Fatimənin çıxışı mədəniyyətimizə uyğun bir iş idi. Onun repertuarında yəhudi, Azərbaycan xalq rəqsləri, cürbəcür estrada nömrələri var idi. Mən başqalarında onu görməmişəm. Kimsə teatrda 15 nömrə oynamayıb və bizi dəvət etməyib ki, gəlin baxın”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.