Nənə diqqətsizliyi - faciəyə səbəb oldu

15-06-2014, 14:33   

Tərtərdə diqqətsizlik səbəbindən azyaşlının qolu ətçəkən maşında qalıb. Hadisə dünən saat 11.30 radələrində baş verib. 2 yaşlı Zəhranın yaxınları dərhal onu Bərdə rayon xəstəxanasına aparıblar. Ancaq yerli həkimlər uşağın qolunu ət çəkən maşından ayıra bilmədikləri üçün paytaxta aparılmasını məsləhət görüblər. Ailəsi tərəfindən Bakıya gətirilən balaca Zəhra şəhərin özəl xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurupu da cəlb olunub. Ancaq həkimlər işi öz boyunlarına götürərək xilasetmə qrupunun köməyindən imtina ediblər.

Zəhranın babası Teymur Müseyibov deyir ki, hadisə Zəhranın nənəsinin diqqətsizliyi səbəbindən baş verib.

Balaca Zəhra dərhal əməliyyata qaldırılıb. Babasının dediyinə görə uşağın barmaqları ciddi zədə alıb. Ancaq balacanın sağ əlinin aqibəti əməliyyat bitdikdən sonra məlum olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.