Şamaxıda etiraz aksiyası kecirilir - Mərkəzi yol bağlandı

6-03-2018, 10:18   
 
Bir saat öncə Şamaxıdan Realliqinfo.org - a daxil olan məlumatda bildirilir ki, hazırda rayonun mərkəzi küçəsində etiraz aksiyası keçirilir. Vətəndaşlar sosial problemlərinin həll olunmaması və içməli suyun verilməməsinə etiraz olaraq rayonun su idarəsinin qarşısına toplaşıblar. Onların tələbləri sırasında rayonda yolların bərbad vəziyyətdə olması və yol idarəsinin müdirinin yolların təmiri üçün ayrılan pulları mənimsəməsi və onun cəzalandırılması yer alır.

Aksiyada 200 -ə yaxın insanın iştirak etdiyi bildirilir və şəhərin mərkəzi yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Yolun açılması və aksiyanın dayandırılması üçün rayon rəhbərliyi və polis etirazçılarla danışıq aparır. 
Ətraflı məlumat verəcəyik.
Taleh 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.