Suriyaya gedə bilməyən "vicdanlı oğru"nu İnterpol axtarır

15-06-2014, 14:39   

25 min dollarlıq qızıl oğurlamış şəxs Moskvada işləyib ziyanı ödəyəcəyini deyib

Azbərbaycanın hüquq-mühafizə orqanları oğurluqla məşğul olan şəxsi beynəlxalq axtarışa verib. Lent.az-ın İnterpol-a istinadən verdiyi məlumata görə, Ağcabədi rayon sakini olan 33 yaşlı Namiq Əsgərov bir sıra oğurluq əməllərində təqsirli bilnir. Onun xarakterik əlamətləri və anket məlumatlar İnterpolun saytında yerləşdirilib.

Qeyd edək ki, bir müddət əvvəl, daha dəqiqi bu ilin 12 fevral tarixində baş verən əmlak oğurluğunda şübhəli bilinən Namiq Əsgərovun bir qrup şəxslə birgə Suriyaya döyüşməyə getməsi barədə rayonda şayiə yayılıb. Belə ki, 12 fevral tarixində Ağcabədi rayon sakininin mağazasından 25 000 dollarlıq zinət əşyaları oğurlanıb. İlkin istintaq zamanı müəyyən edilib ki, qarətdə üç nəfərdən ibarət qrup iştirak edib. Nəzarət kameraları qarət anını qeyd edib və əməliyyatçılar şübhəli şəxslərin şəxsiyyətini müəyyən ediblər. Onlardan birini polis yaxalayıb. Digər şübhəli şəxs, Namiq Əsgərov isə Ağcabədi RPŞ əməkdaşları ilə əlaqə quraraq Suriyada olduğunu deyib.

Lakin məlum olub ki, N.Əsgərov Suriyaya gedib çatmayıb. Çünki onu İran sərhədindən buraxmayıblar. Bir qədər sonra isə N.Əsgərovun Moskvada olduğu aydın olub. Bundan sonra ailəsi onunla müntəzəm əlaqə saxlayaraq qarət etdiyi mağazaya dəymiş ziyanı ödəmək üçün evi satmalı olduqlarını deyiblər. Bunu bilən N.Əsgərov vicdan əzabı çəkərək əməliyyatçılarla əlaqə saxlayıb və oğurladığı qızılı ata evinin zirzəmisində gizlətdiyini deyib. Polis əməkdaşları qızılın bir hissəsini deyilən yerdə tapıblar. Bundan sonra isə N.Əsgərov polislərə Moskvada pul qazanaraq kompensasiyanın qalan hissəsini ödəyəcəyinə söz verib.

Qeyd edək ki, N.Əsgərovun da üzvü olduğu qruplaşmanın 10-dan artıq qarət əməli törətdiyi artıq sübut olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.