ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.
Bunu “İnterfax Azərbaycan” saytına səfir özü deyib.
“Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, – R.Sekuta bildirib.
Sekuta deyib ki, Azərbaycanı martın sonunda tərk edəcək.
O həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.
Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.