Şirvan şəhər Icra hakimiyyəti orqanı, o cümlədən Şirvan şəhərinin idarə və təşkilatlarından Əlillərə qarşı hörmətsizlik olundu. Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.03.2018 ci il tarixdə Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində bacarıqlı və istedadlı əlillərin əl işlərindən ibarət zona sərgisi keçirildi. Ulu Öndərimiz Heydər Əliyevin "Əlillərin rifahının yaxşılaşdırılması " üçün dövlət proqramına salınması qərarını rəhbər tutaraq keçirilən bu tədbirin əsas məqsədi əlillərin cəmiyyətə inteqrasiyası və onların sosial rifahının yaxşılaşdırılmasını təmin etmək idi . Keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, qeyri hökumət təşkilatlarının nümayəndələri, Qarabağ əlilləri və şəhid ailələri iştirak etsədə, lakin rəsmi məktubla dəvət olunmaqlarına baxmayaraq, Şirvan şəhər Icra hakimiyyəti orqanları, həmçinin yerli idarə və təşkilatlardan heç bir nümayəndələr iştirak etməmişdir .Ölkəmizin Başçısı Cənab Ilham Əliyevin, o cümlədən onun xanımı 1 ci Vitse Prezident Mehriban Əliyevanın əlillərə olan xüsusi diqqət və qayğısı, əlillər haqqında qanunda da öz əksini tapmışdır ki, buda əlillərin cəmiyyət həyatının, iqtisadi, siyasi və sosial sahələrində başqa vətəndaşlarla bərabər iştirak etməsinə təminat verir. Daim öz uzaqgörən siyasətilə bizlərə hər bir işdə örnək olan Cənab Prezidentimiz Ilham Əliyevin yuxarıda qeyd etdiyimiz kimi " Əlillərin başqa vətəndaşlarla bərabər hüquqlu iştirak etmə", həmçinin onların sosial rifahının yaxşılaşdırılması yönümündə göstəriş və tapşırıq verməsinə baxmayaraq, Şirvan şəhər Icra Hakimiyyətinin o cümlədən dövlət büdcəsindən maliyyələşən yerli idarə və təşkilatların nümayəndələri, Regionlardan əzab əziyyətlə gəlmiş arabaya məhkum əlillərin və digər fiziki imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgisində iştirak etməyi özlərinə yaraşdırmadılar. Bu bir rəzillikdir .Bu əlillərə yuxarıdan aşağı baxmaq və onları əzmək deməkdir..Bu ulu öndərimiz Heydər Əliyevin, həmçinin onun layiqli davamçısı Cənab Prezidentimizin "Əlillərin sosial rifahının yaxşılaşdırılması" tapşırığına məhəl qoymamaqdır. Bir sözlə əlillərin rifahının yaxşılaşdırılması üçün keçirilən tədbirə maneolmaq deməkdir. Inaniriq ki, bu biyabırçı rəzilliyə görə aidiyyatı qurumlar qarşısında cavab verməli olacaqlar.