ABŞ prezidenti Donald Tramp “Skripal işi”nə görə Rusiyanın onlarla diplomatını Birləşmiş Ştatlardan qovmağı planlaşdırır.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin Skripalla bağlı yaranmış vəziyyətlə yaxından tanış olan iki şəxsə istinadən yaydığı məlumata görə, bu, Rusiyanın keçmiş kəşfiyyatçısının Britaniyada zəhərlənməsinə cavab olacaq. “Bloomberg”in mənbələrinin məlumatında qeyd edilir ki, qərar bazar ertəsi günü elan ediləcək.
Bununla yanaşı, Trampın bu qərarında qəti olmadığı da istisna edilmir. Agentliyin mənbəyinin məlumatına görə, ABŞ prezidenti bunu Avropa ölkələrinin də Rusiyaya qarşı analoji addım atacağına əmin olduqdan sonra etməyə hazırlaşır.
“Bloomberg”in məlumatına görə, Tramp Ağ Evin Milli Təhlükəsizlik Şurasının Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə tövsiyəsi ilə razılaşıb.