Qədim Bərdənin müasir inkişafı - FOTO - VIDEO

27-03-2018, 08:33   

 

[media=//www.youtube.com/watch?v=_SW4p-FbEOM]
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri Bərdədi.
 

Respublika Prezidenti İlham Əliyevin bu günlərdə Bərdə rayonuna səfəri  rayonda əsl bayrama çevrildi. Çünki Prezident İlham Əliyeviin yeritdiyi müdrik siyasət bütün bərdəlilər tərəfindən bəyənilirr və birmənalı şəkildə dəstəklənir.  Rayona səfərlərinin birində İlham Əliyev demişdir: "Bərdə Azərbaycanın qədim şəhəridir, qədim torpağıdır və mən çox istəyirəm ki, burada bütün sahələrdə işlər yaxşı getsin. İnsanlar daha da yaxşı yaşasınlar, ən müasir infrastruktur obyektləri tikilsin, insanlara xidmət göstərən bütün müəssisələr yüksək səviyyədə olsun”. Ölkə rəhbərinin Bərdə rayonuna xüsusi diqqət və qayğısı real həyatda öz əksini tapıb. Bərdəlilər yaxın keçmişi, 20 il əvvəli  də yaxşı xatırlayırlar. Cəmi bir neçə il əvvəl əhali Bakıya və başqa qonşu ölkələrə üz tuturdular. Evlərin çoxunun qapısına satıldığı barədə elanlar vurulmuşdu. Mövcud sənaye müəssisələri fəaliyyətini tamamilə dayandırmışdı. Baxımsızlıqdan şəhər bərbad vəziyyətə düşmüşdü. Təbii qaz və elektrik enerjisi fasilələrlə verilirdi. Prezident İlham Əliyev Bərdənin yüksəlişinə böyük önəm verdi, bölgənin dinamik inkişafını təmin etmək üçün zəruri tədbirlər gördü. Rayona rəhbərliyi gənc və enerjili kadrlara etibar etdi. Rayonun son inkişaf mərhələsi isə icra başşısı
 

Vidadi İsayevin rəhbərliyi altında uğurla həyata keçirilir. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Vidadi İsayev operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Vidadi İsayev Bərdə icra başçısı təyin edilməsindən beş il ötür. Hələ Tərtərdə işləyərkən öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq ona böyük etimad göstərərək Bərdəyə icra başçısı təyin etmişdir. Hazırda Vidadi İsayevin gərgin əməyi və zəhməti sayəsində Bərdə sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Bərdə rayon İcra Hakimiyyəti Başçısı Vidadi İsayev bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Bərdədə əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan xəbər portalımızın elektron poçtuna ünvanlanan məktublarda Bərdə RİH-nin başçısı Vidadi İsayevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

 
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir. Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülür. Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparılır.
 

Son 12 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 5 dəfə, sənaye məhsulu istehsalı 4,5 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3,3 dəfə, tikinti-quruculuq işlərinin həcmi 13,3 dəfə artıb. Rayonda yeni sənaye obyektləri yaradılıb, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri həyata keçirilib, bir sıra mühüm sosial-iqtisadi və infrastruktur layihələri icra olunub. Yeni salınan Qəhrəmanlar parkı, Nüşabə parkı və Tərtər çayı sahilində yaradılan park-bulvar Bərdəyə xüsusi yaraşıq verir. Bir sözlə, qədim Bərdə müasir və abad bir şəhərə çevrilib. Müstəqillik dövründə Bərdə şəhərində Heydər Əliyev Mərkəzi, Mərkəzi Meydan və Bayraq Meydanı, Olimpiya İdman Kompleksi, üzgüçülük hovuzu, uşaq xəstəxanasının 60 çarpayılıq korpusu, Müalicə Diaqnostika Mərkəzi, avtovağzal kompleksi, regional “ASAN xidmət” mərkəzi kimi mühüm obyektlər, həmçinin bir sıra təşkilatlar üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib. Qarabağ əlilləri və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası, məcburi köçkünlər üçün Təhlə kəndində 195 ailəlik qəsəbə, Həsənqaya kəndində 866 və 588 ailəlik yaşayış məhəllələri, “N” saylı hərbi hissə üçün şəhərcik inşa olunub. Rayonun 110 yaşayış məntəqəsinin 102-si qazlaşdırılıb.
Bu illərdə məktəb tikintisi də geniş vüsət alıb. Rayonda 6980 şagird yerlik 20 ümumtəhsil məktəbinin, uşaq incəsənət və musiqi məktəblərinin yeni binaları pedaqoji kollektivlərin və şagirdlərin sərəncamına verilib. Bərdənin yol infrastrukturu da əsaslı şəkildə yenilənib. Əyricə kənd yolunda Tərtər çayı üzərində yeni körpü salınıb, Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı və Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolları, şəhərin prospekt və küçələri yenidən qurulub.
[media=//www.youtube.com/watch?v=bdFILIm0yPY]
Rayon sakinlərinin müasir tibbi xidmətlə əhatə olunması istiqamətində önəmli tədbirlər həyata keçirilir. Əsaslı şəkildə yenidən qurulan ağciyər xəstəlikləri xəstəxanası, doğum evi, mərkəzi xəstəxananın iki korpusu müasir tibbi avadanlıqlarla təmin edilib. Bərdənin iqtisadi həyatında da böyük canlanma və irəliləyiş müşahidə olunur. Rayonda müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq logistik mərkəz, hər birinin tutumu 10 min ton olan iki taxıl anbarı, 5200 başlıq dörd heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı, qüvvəli yem, süd emalı, çörək və şirniyyat istehsalı müəssisələri, ət kəsimi məntəqəsi, “CTS-Aqro” MMC-nin pambıqtəmizləmə zavodu, “Aqrolizinq”in logistik bazası, biolaboratoriya inşa edilib. “Qarabağ pambıqtəmizləmə” və “Bərdə-Çörək” ASC yenidən qurularaq müasir texnologiya ilə təchiz olunub.
 

Hazırda Kənd Təsərrüfatı İdarəsinin, Toxum Müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət və Gənclər mərkəzlərinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Yeni Daşkənd-Umudalılar, Bərdə-Ağcabədi avtomobil yollarının tikintisi davam etdirilir. Şəhər 2, 5 və 6 nömrəli, Xanqaraqoyunlu kənd tam orta məktəbləri əsaslı təmir olunur, “Bərdə” türbəsində bərpa işləri aparılır. Qədim Bərdə bu gün özünün yeni həyatını, inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, regionların inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində Bərdə şəhəri gündən-günə gözəlləşir.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.